Azərbaycan futbolu
“Emreli o qədər də yaxşı oynamadı” - Kloze
05.11.2024 | 13:30
“Fikrimcə, Mahir Emreli o qədər də yaxşı oynamadı”.
Sports.az "Bild" nəşrinə istinadən xəbər verir ki, bunu Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze II Bundesliqanın 11-ci turunda "Hamburq"la matçda Azərbaycan millisinin futbolçusunun çıxışı barədə danışarkən deyib.
Mütəxəssisi 27 yaşlı hücumçudan razı qalmadığını söyləyib:
"Topla yetərincə çalışmadı və kifayət qədər çevik deyildi".
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb, "Nürnberq"in yeganə qoluna 63-cü dəqiqədə Mahir Emreli imza atıb.