Yığmamızın heyətində dəyişiklik edildi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Sports.az xəbər verir ki, “Neftçi”nin futbolçusu Kamil Məmmədovun tibbi müayinədən keçdikdən sonra həkimlərin rəyinə əsasən toplanışdan kənarda saxlanılması qərara alınıb.

“Sabah”ın oyunçuları Həzrət Səmədov və Əlibəy Mahmudov isə UEFA Gənclər Liqasında İsveçrənin “Bazel” klubuna qarşı keçiriləcək matçın ardından noyabrın 6-da toplanışa qoşulacaqlar.

Qeyd edək ki, U-17 noyabrın 4-7-də Qəbələdə, 8-9-da Bakıda təlim-məşq toplanışı keçəcək. Millimiz noyabrın 10-dan 20-dək Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan, Yunanıstan və Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar