Lempard “Roma”nın qısa siyahısına düşdü

“Çelsi”nin ingilis əfsanəvi futbolçusu, hazırda futbol mütəxəssisi olaraq çalışan Frenk Lempard “Roma”nın baş məşqçisi vəzifəsinə əsas namizədlərdən birinə çevrilib.

Sports.az xəbər verir ki, “canavarlar”ın getdikcə daha çox tənqid edilən 49 yaşlı xorvat çalışdırıcısı İvan Yuriç istefaya göndərilərsə, onun yerinə Frenk Lempard gətirilə bilər.

Lempardın “Derbi Kaunti”, “Çelsi” və “Everton”da məşqçilik təcrübəsi olsa da, ingilis mütəxəssis Dumanlı Albiondan kənarda heç vaxt işləməyib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar