Millimiz Bosniya və Herseqovinaya yenə məğlub oldu

Futzal üzrə Azərbaycan millisi Bosniya və Herseqovina ilə ikinci oyununu keçirib.

Sports.az xəbər verir ki, dünənki matçla (0:7) müqayisədə baş məşqçi Vitali Borisov bu dəfə qapıda Kamran Hacıyevə şans verib. 

Amma bu da yığmamızı məğlubiyyətdən xilas etməyib. Altı qolluq matçın yekununda yenə meydan sahibləri qələbəyə seviniblər.

Yoxlama oyunu
5 noyabr

Bosniya və Herseqovina – Azərbaycan 5:1
Qollar: Faruk Brkaniç, 6:14, 34:04, Bilal Jeliç, 10:35, 12:04, Josip Başkoviç, 28:43 - Oktay Rüstəmli, 24:26.
Zeniça. Huseyn Smayloviç adına Arena.

Bosniya və Herseqovina: 1. Senad Poraçanin (q), 7. Srdan İvankoviç, 8. Marijo Aladziç (k), 9. Josip Sesar, 11. Josip Başkoviç, 12. Amer Deliç (q), 2. Dejan Pavloviç, 3. Sejad İbrişimoviç, 4. Davor Arnautoviç, 6. Dragan Edi Mariç, 10. Bilal Jeliç, 13. Muanis Duvnjak, 15. Edvin Bosniç, 16. Faruk Brkaniç.
Baş məşqçi: Qoran Melher.

Azərbaycan: 12. Kamran Hacıyev (q), 3. Nurlan Məmmədov, 7. Xəzər Ağalızadə, 9. Emil Həsənzadə, 14. Ülvi Əliyev, 1. Emin Kürdov q, k), 2. İlham Alıyev, 4. Fərid Abbasov, 5. Eldar Zeynalov, 6. Mirzə Əmirov, 8. Murad Quluzadə, 10. Oktay Rüstəmli, 17. Seymur Məmmədov, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Vitali Borisov.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar