Dünya futbolu
“Liverpul” Endryu Robertsona uzunmüddətli əvəzləyici tapdı
06.11.2024 | 14:00
“Liverpul” “qırmızılar”ın sol cinah müdafiəçisi Endryu Robertsonun mümkün varisini müəyyənləşdirib.
Sports.az xəbər verir ki, artıq “qırmızılar” 31 yaşı martda tamam olacaq şotland futbolçunun uzunmüddətli perspektivdə əvəzləyicisinin kimliyi haqda düşünürlər.
“Liverpul” rəhbərliyi “Vulverhempton”un 23 yaşlı əlcəzairli futbolçusu Rayan Ait-Nuri üzərində diqqət cəmləyiblər.
“Transfermarkt” internet-portalı əlcəzairli müdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.