Dünya futbolu
Argentina çempionatında “Moskva” futbol klubu peyda ola bilər
07.11.2024 | 13:30
Argentina çempionatında “Moskva” futbol klubu təsis edilə və növbəti mövsümdən liqada çıxışına başlaya bilər.
Sports.az xəbər verir ki, Rusiyadan olan mühacirlərin təsis etdiyi “Club deportivo de Moscu” (“Moskvadan İdman Klubu”) futbol klubu qeydiyyat mərhələsindən keçir və təsisi rəsmiləşdikdən sonra, növbəti mövsümdən etibarən, Argentinada peşəkar futbolun ən aşağı səviyyəsini təmsil edən Primera C liqasına daxil olmağı planlaşdırır.
“Club deportivo de Moscu” komandasını Rusiyanın “Moskva” futbol klubunun yetirməsi və klubun tarixində son qolun müəllifi Roman Fyodorov çalışdırır.