Dünya futbolu
ÇL oyununda halı pisləşən “Bayern”in azarkeşi vəfat edib
07.11.2024 | 14:20
Çempionlar Liqasında Portuqaliya təmsilçisi "Benfika" ilə matç zamanı halı pisləşən Almaniyanın "Bayern" klubunun azarkeşi vəfat edib.
Sports.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
Hadisə oyunun əvvəlində baş verib. Azarkeşlərdən biri özünü pis hiss edib. İlkin tibbi yardım göstərilən fanat xəstəxanaya aparılarkən vəfat edib. Bu faciəli xəbər klubun sosial media hesablarında da paylaşılıb.
Həmrəylik əlaməti olaraq "Bayern"in digər azarkeşləri matçın sonuna qədər komandanı fəal dəstəkləməyi dayandırıblar.
Noyabrın 6-da baş tutan “Bayern” - “Benfika” görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.