Baş məşqçiyə 5 oyunluq cəza
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sports.az xəbər verir ki, iclasda 2-ci Liqanın 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Dinamo” – “Lerik” oyununun 32-ci dəqiqəsində “Lerik” komandasının 32 nömrəli futbolçusu Elvin Cahangirli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Lerik” komandası 50 manat cərimə edilib.
“Şəfa” – “Hypers Guba” oyununda “Şəfa” komandasının fotoqrafı Əsasnamənin tələblərini pozduğuna görə “Şəfa” komandası 50 manat cərimə edilib.
“Şəfa” – “Hypers Guba” oyununun 90+2-ci dəqiqəsində “Hypers Guba” komandasının 55 nömrəli futbolçusu Qeyrət Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Hypers Guba” komandası 50 manat cərimə edilib.
“Şəfa” – “Hypers Guba” oyununda “Hypers Guba” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Hypers Guba” komandası 70 manat cərimə edilib.
“Şahdağ Qusar” – “Göygöl” oyununun 58-ci dəqiqəsində “Göygöl” komandasının 99 nömrəli futbolçusu Pərvin Zeynalov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Göygöl” komandası 100 manat cərimə edilib.
“Ağdaş” – “Füzuli” oyununun 43-cü dəqiqəsində “Ağdaş” komandasının baş məşqçisi Ruslan Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb, “Ağdaş” komandası 400 manat cərimə edilib.
“Ağdaş” – “Füzuli” oyununun ikinci hissəsində xərəkdaşıyanlar olmadığına görə “Ağdaş” komandası 80 manat cərimə edilib.