“Əl-Hilal” yanvar ayında Neymarla vidalaşmağa hazırdır

Səudiyyə Ərəbistanı nəhəngi “Əl-Hilal” komandanın braziliyalı ulduz hücumçusu Neymarla müqaviləsinə 2025-ci ilin yanvarında, erkən surətdə xitam verilməsi ilə bağlı danışıqlar aparmaq imkanını nəzərdən keçirir.

Sports.az xəbər verir ki, klub Neymarın zədə tarixçəsindən narazıdır və braziliyalı ulduza müqaviləni vaxtından əvvəl ləğv etməyi təklif edə bilər.

Belə olan halda “Əl-Hilal” Neymarın əvəzinə əcnəbi futbolçu ala biləcək. Bildirilir ki, “Ney” “Əl-Hilal”dan ayrılsa, Braziliyaya, doğma klubu “Santos”a qayıda bilər.

Nəzərinizə çatdıraq ki, Neymar ciddi zədə səbəbindən bir ildən çox topa həsrət qalmış və ötən ay yaşıl meydana geri-dönüş etsə də, keçirdiyi ikinci oyunda zədələnərək, yenidən sıradan çıxıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar