Dünya futbolu
Qvardiola milli komandanı çalışdıracaq
08.11.2024 | 22:45
“Mançester Siti” hesab edir ki, klubla əmək müqaviləsi 2025-ci ilin yayında başa çatacaq, komandanın baş məşqçisi Xosep Qvardiola daha bir mövsüm “şəhərlilər”i çalışdıracaq və bundan sonra ispan mütəxəssis milli komandalardan birini 2030-cu il dünya çempionatına hazırlamağa başlayacaq.
Sports.az xəbər verir ki, Braziliya Futbol Konfederasiyası (CBF) ispan mütəxəssisin xidmətində son dərəcə maraqlıdır və Qvardiola da bu təklifə açıqdır.
Digər tərəfdən, Braziliya Futbol Konfederasiyasının Qvardiolaya olan marağı ilə bağlı xəbərin sadəcə şayiə olması haqda məlumat var, belə ki, Braziliya millisinin sükanı arxasında heç vaxt əcnəbi mütəxəssislər çalışmayıblar. Ən pis halda komandanı bir neçə yerli mütəxəssisdən ibarət şura idarə edib.