Premyer Liqada 200-cü oyun

Tellur Mütəllimov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

Sports.az xəbər verir ki, “Sabah”ın futbolçusunun yubileyi Misli Premyer Liqasının 13-cü turuna təsadüf edib.

29 yaşlı yarımmüdafiəçi “Kəpəz”lə oyunda (2:2) sonradan meydana daxil olub.

Premyer Liqada 2015/16 mövsümündə debüt edən Tellur 200 matçda 16 qola imza atıb. O, “Zirə”də 63 (4 qol), “Qəbələ”də 24 (5 qol), “Sumqayıt”da 49 (4 qol) və “Sabah”da 64 (3 qol) oyuna çıxıb.

Qeyd edək ki, Mütəllimov ölkə çempionatlarının 32 illik tarixində 200 və daha çox matç keçirən 151-ci futbolçudur.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar