Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

Sports.az xəbər verir ki, 6-cı qrupda yer alan yığmamız Macarıstanla üz-üzə gələcək.

Rumıniyanın Tunari şəhərindəki eyniadlı stadionda təşkil olunacaq qarşılaşmanı moldovalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

14:00. Macarıstan - Azərbaycan
Hakimlər: Yon Orlik, Vadim Vikol (hər ikisi Moldova), Adrian Vorniku, Vlad Baban (hər ikisi Rumıniya).
Tunari, "Tunari" stadionu.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar