Millimiz mübarizəyə başlayır

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində bu gün mübarizəyə başlayır.

Sports.az xəbər verir ki, 7-ci qrupda yer alan komanda İslandiya ilə üz-üzə gələcək.

Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru-2” stadionunda təşkil olunacaq qarşılaşmanı şotlandiyalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Avropa çempionatının seçmə mərhələsi
7-ci qrup

13 noyabr

14:00. Azərbaycan – İslandiya
Hakimlər: Devid Dikinson, Kreyq Ferqyuson (hər ikisi Şotlandiya), Gennadi Lisita, İqor Boşka (hər ikisi Moldova).
Kişinyov, "Zimbru-2" stadionu.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar