Azərbaycan futbolu
PFL rəsmisi ÇL oyununa təyinat aldı
15.11.2024 | 18:15
Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.
Sports.az xəbər verir ki, o, Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək “İnter” (İtaliya) - “Leyptsiq” (Almaniya) oyununda UEFA nümayəndəsi olacaq.
Qarşılaşma noyabrın 26-da baş tutacaq.