“Bayern” Musialanı klubda saxlamaq üçün tədbirə əl atmağa hazırdır

“Bayern” münhenlilərin 21 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçisi Camal Musiala ilə müqaviləsinin müddətini 2026-cı ilin yayına qədər uzatmaq istəyir və futbolçunun maaşını əlavə üstəliklər də daxil olmaqla, illik 22 milyon avro məbləğə çatdırmağa hazırdır.

Sports.az xəbər verir ki, hazırda Musiala ildə 10 milyon avro məbləğdən az maaş alır.

Musialanın maaşı 22 milyon avroya qaldırılarsa, gənc futbolçu Münhen klubunun ingilis hücumçusu Harri Keynlə eyni məbləğdə qazanacaq.

“Bayer” Musiala ilə yeni müqaviləsinin müddətinin 3 ildən çox davam etməsində israrlıdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar