“Bayer” Conatan Tanı qışda satmayacaq

“Bayer” “əczaçılar”ın 28 yaşlı almaniyalı mərkəz müdafiəçisi Conatan Tanı qarşıdakı qış transfer pəncərəsində satmaq niyyətində deyil.

Sports.az xəbər verir ki, Leverkuzen klubu futbolçunun 2025-ci ilin yayında, klubla müqaviləsi başa çatdıqdan sonra “əczaçılar”ın düşərgəsini ödənişsiz əsasda, azad agent qismində tərk etməsinə üstünlük verir.

Hazırda Ta ilə üç klub fəal danışıqlar aparır: “Real”, “Barselona” və “Bayern”. Üstünlüyün “Real”da olduğu bildirilir, Madrid klubu futbolçuya daha yaxşı maliyyə şərtləri təklif etməyə hazırdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar