AÇ: Millimiz seçmə mərhələdə ikinci oyununu keçirəcək

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununu keçirəcək.

Sports.az xəbər verir ki, 6-cı qrupda yer alan komanda Yunanıstan yığması ilə üz-üzə gələcək.

Rumıniyanın “Tunari” stadionunda təşkil olunacaq qarşılaşmanı moldovalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, İlham Yadullayevin baş məşqçisi olduğu U-17 ilk oyunda Macarıstana 0:4 hesabı ilə məğlub olub.

Avropa çempionatının seçmə mərhələsi
6-cı qrup

16 noyabr

14:00. Yunanıstan - Azərbaycan
Baş hakim: Yon Orlik (Moldova).
"Tunari" stadionu.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar