Millimiz bu gün İrlandiya ilə qarşılaşacaq

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində yer aldığı 7-ci qrupda bu gün İrlandiya ilə qarşılaşacaq.

Sporta.az xəbər verir ki, Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru-2” stadionunda təşkil olunacaq oyunu serbiyalı baş hakim idarə edəcək.

Görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda ilk görüşdə İslandiyaya 0:2 hesabı ilə məğlub olub.

Avropa çempionatının seçmə mərhələsi
7-ci qrup

16 noyabr

14:00. İrlandiya - Azərbaycan
Baş hakim: Miloş Milanoviç (Serbiya).
Kişinyov, "Zimbru-2" stadionu.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar