Dünya futbolu
Millinin baş məşqçisi oyun zamanı başından yaralandı
16.11.2024 | 15:15
Meksika millisinin baş məşqçisi Xavyer Aqirre oyun zamanı başından yaralanıb.
Sports.az xəbər verir ki, tribunadan atılan pivə bankası onun başına dəyib.
Hadisə KONKAKAF Millətlər Liqasının 1/4 finalında, Honduras ilə oyun (0:2) zamanı baş verib.
Meksika Futbol Federasiyası Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələrinin Futbol Konfederasiyasından (KONKAKAF) hadisə ilə bağlı təcili və qəti tədbirlər görməyi tələb edib.