FİFA və UEFA Rusiya yığmasını yenə ofsaydda qoydu

Rusiya millisi DÇ-2026-nın seçmə mərhələsində iştirak etməyəcək.

Sports.az xəbər verir ki, şimallılar seçmə mərhələnin dekabrın 13-də baş tutacaq püşkatmasına da qatılmayacaqlar.

UEFA və FİFA Rusiya ilə bağlı qərarını dəyişməyib. Bu üzdən yığma mundiala vəsiqə üçün mübarizədən kənar qalacaq.

Rusiya komandaları 2022-ci ilin fevralından növbəti qərar verilənə qədər bütün yarışlardan kənarlaşdırılıb. Növbəti qərar hələ verilmədiyi üçün bu ölkənin yığması DÇ-2022 və AÇ-2024-ün ardınca DÇ-2026-nı da buraxacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar