AŞF ilin yekunlarını açıqladı

AŞF ilin yekunlarını açıqladı

Azərbaycan Şahmat Federasiyası ilin yekunları ilə bağlı tədbir keçirib.

Sports.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov ölkəmizdə şahmat yarışlarının yüksək səviyyədə təşkil edildiyini bildirib: “Azərbaycanda FİDE-nin 100 illiyi ilə bağlı beynəlxalq yarış keçirildi. Vüqar Həşimovun xatirə turniri ilk dəfə Şuşada təşkil olundu. Əsas beynəlxalq yarışımız isə Olimpiada oldu. Bu yarışda kişilərdən ibarət millimiz gənclərdən ibarət idi. Olimpiada göstərdi ki, düzgün qərar vermişik. Qadın şahmatçılarımızın şansı olsa da, təəssüf ki, alınmadı".

Çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov 2024-cü ilin ölkə şahmatı üçün maraqlı keçdiyini vurğulayıb. O, Azərbaycan çempionatlarında bütün şahmatçıların çıxışının məcburi olacağını deyib. M.Məmmədovun sözlərinə görə, növbəti seçimədək Azərbaycan millisinin üzvlərinə tutduqları reytinqə uyğun olaraq təqaüd ayrılacaq. AŞF rəhbəri eyni zamanda 2024-cü ildə yeniyetmə şahmatçıların çıxışından razı qalmadığını söyləyib. 

Gənclər və idman naziri Fərid Qayıbov da ilin Azərbaycan şahmatı üçün uğurlu alındığını bildirib. O, Ülviyyə Fətəliyevanın şəxsi Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı olmasını 2024-cü ilin ən yaddaqalan və unudulmaz hadisələrindən biri kimi dəyərləndirib: “Ülviyyə Fətəliyevanın Avropa çempionluğu bu il tarixə ilk kimi düşdü. Bu, illərlə görülən işlərin nəticəsidir. Şahmat ailəsi hər zaman bərabərdir. Federasiya hərtərəfli və düzgün çalışır. Ənənəvi yarışlarımız keçirilir, beynəlxalq turnirlərə ev sahibliyi edirik. Hər dəfə müxtəlif yaş qruplarında nəticə olur. Bu da bütün bölgələrdə bu idman növünə göstərilən qayğı, dövlətin dəstəyinin nəticəsidir. İnanıram ki, yaxşı nəticələr davam edəcək. Biz nazirlik olaraq federasiyanın işindən razıyıq”.

Daha sonra Azərbaycan şahmatçılarının il ərzində iştirak etdiyi beynəlxalq yarışlarda əldə etdiyi uğurlarla bağlı videoçarx nümayiş olunub.

Sonda Avropa çempionatının qalibi Ülviyyə Fətəliyeva, 20 yaşlı qızlar arasında dünya çempionatında bürünc medal qazanan Ayan Allahverdiyeva və V Avropa Universitet Oyunlarında rapid turnirində birinci, blitsdə isə ikinci yeri tutan Vüqar Manafovla Elmar Atakişiyevə təşəkkürnamə və pul mükafatı təqdim olunub.

Ayan hazırda ölkədə olmadığına görə mükafat anası Gülşən Allahverdiyevaya verilib.

Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar