Gözəlləşən fransızlar və Qurbanovun Liqa 1 perspektivləri – Anar Şabanoğlu Fransadan

Gözəlləşən fransızlar və Qurbanovun Liqa 1 perspektivləri – Anar Şabanoğlu Fransadan

“Nant” - “Qarabağ” oyununa ETOPAZ-ın təşkilatçılığı ilə bir qrup idman jurnalistimiz də yollanıb. İdman mediamızın iqtisadi durumunun ruslar demiş, “romans oxuduğu” bir dövrdə şirkətin bu təşəbbüsü təqdirəlayiqdi və davamlı olacağı arzusu ilə Bakı-Berlin-Paris-Nant marşrutu üzrə hərəkətə başlayıram. Belə uzun marşrutun səbəbi Fransaya Bakıdan birbaşa reysin olmamasıdı. Hərçənd, vaxtilə Parisə vardı. Sonra Paris, Nyu-York və bəzi başqa şəhərlərə reyslər ləğv edildi. Səbəbini bilmirəm, amma bu ölkələrdə yetərincə böyük diasporamızın olduğunu nəzərə alsaq, anlamaq çətindi.

Öncə Bakıda xoş bir təsadüflə üzləşirəm. “Business Lounge” girişində Gənclər və İdman Naziri Fərid Qayıbovu görürəm. Fərid müəllim gənc ömründə ən azı 62-ci ölkəyə səfərə hazırlaşır. Məndə bu rəqəm Fərid müəllimin getdiklərinin yarısına - 31-ə də çatmayıb. 
Almaniyada ləzzətli yerli Berlin pivəsi dadandan sonra Parisə uçuram. Fransaya əvvəlki gəlişlərimdə bu ölkənin insanlarının həddindən artıq soyuq münasibətini görmüşdüm. Bu dəfə məni yaxşı mənada təəccübləndirdilər. Çox mehriban, istiqanlı, gülərüz, xoş niyyətli görünürlər. Sanki, zahirən də gözəlləşiblər. Bilmirəm, bəlkə də 3 bokal alman pivəsinin təsirindəndi. Afrikaəsilli gənc və fransızəsilli yaşlı stüardessaları da həmin an dünya gözəlinə bənzədirəm.

Bu gözəllikləri görəndən sonra “Air France” reysinə çox böyük çətinliklə bilet tapmaqda yardımçı olan dostum, dəyərli yazıçı Kəramət Böyükçölü sevgi və sayğıyla yad edirəm.

...Nant Fransanın üçüncü böyük sənayə şəhəridi. Buna baxmayaraq, ekologiyası heç də pis deyil. Əksinə, Luara çayının sahilində yerləşən Nant yaşıllığı, meşələri, gözəl memarlığı ilə diqqət çəkir. Jül Vernin dünyaya gəldiyi, Lui De Fünesin vəfat etdiyi şəhəri dünyaya ən çox tanıdan isə böyük ehtimalla futbol klubudu. 
Xüsusən, Klod Makelele, Didye Deşam, Marsel Desayi, Kristian Karambö, Jeremi Tulalan və bir çox başqa ulduz futbolçu yetişdirmiş klubun futbol akademiyası Fransa hüdudlarından kənarda da yetirmələri ilə məşhurdu.

"Nant"ı orta nəsil əsasən 90-cı illərdəki uğurlu çıxışı ilə xatırlayır. Daxili arenada çempionluqları ilə yaddaşlarda iz buraxan komanda Çempionlar Liqasında və UEFA Kubokunda yarımfinala yüksəlməklə qitədə də özündən söz etdirməyi bacarmışdı.

Həmin heyətin bəzi aparıcı üzvləri, sonradan Fransa millisinin heyətində də çıxış etmiş, dünya və Avropa çempionu titulunu qazanmışdı. Mənim yaddaşımda Nikolya Uedek, Patris Loko, Reynald Pedros kimi klub akademiyasının yetirmələri qalıb. Bu trio və təcrübəli çadlı Yafet Ndoram həmin çempion heyətin hücumunda aparıcı simalar idi.

"Nant" akademiyası konveyer kimidi, davamlı istedadlar yerişdirir, amma uzun illərdi klub əvvəlki kimi uğurlu nəticələri ilə seçilmir. Yeri gəlmişkən, komandanın indiki baş məşqçisi, futbolçu dönəmində PSJ-dəki oyunu ilə məşhurlaşan Antuan Kombuare də bu akademiyanın yetirməsidi.

Amma indi az qala hər oyun Kombuarenin istefaya göndəriləcəyi haqda söhbətlər gəzir. Bəlkə də bu, oktyabrın 27-də "Qarabağ"la qarşılaşmada Qurban Qurbanovun komandasının yaşadacağı şokdan sonra olacaq, bu il Marsel “Olimpik"i ilə oyunda etdiyi “fair play” jesti tək Fransada deyil, bütün dünyada rəğbətlə qarşılanan Qurban Qurbanov isə məşqçilik bacarığı ilə Liqa 1 klublarının diqqətini çəkəcək.

İstisna deyil ki, Qurbanov tək Liqa 1 deyil, digər "böyük beşlik" ölkələri klublarının da diqqətini çəkib. Sadəcə, daha böyük uğur, "partlayış" gözləyirlər. Deyək ki, "Qarabağ"ın avrokubok qazanmasını! İnanıram ki, Qurban hocanın öndərliyi ilə hər möcüzə ola bilər. Çünki, "Qarabağ"ın buna qədər Avropada sərgilədiyi performans da möcüzəvidi.

Uedekli, Pedroslu, Lokolu simpatiyam olan "Nant"ı xatırladım. Loko 1994-də "Qarabağ"ın qapıçılarla iş üzrə məşqçisi Elxan Həsənovu Fransaya 0:2 uduzduğumuz oyunda məyus edib. Pedros isə Ağasəlim Mircavadovun baş məşqçisi olduğu millimizin 0:10 uduzduğu oyunda qol vurub.

Qurban Qurbanovun Fransa futbolu ilə bağlı xatirələri ümumən, çox da pis deyil. Vüqar Nadirovun mükəmməl qolu ilə Liqa 1 təmsilçisi "Sent Etyen"lə səfərdə və evdə heç-heçə, "Nant" üzərində Bakıdakı parlaq qələbə nəyə desən, dəyər. 

Ümid edək ki, "Qarabağ" "böyük beşlik" təmsilçisi ilə qarşlaşmada daha bir möhtəşəm oyunla xalqımızı sevindirəcək.

Hələliksə, bu qeydləri yaza-yaza Nant Atlantik aeroportunda "Qarabağ"ın gəlişini gözləyirəm. Sakitlikdi. Nə bir azarkeş var, nə də diaspora nümayəndəmiz...

Nant iki saat sonra AZAL-ın çarter reysi ilə enəcək "Qarabağ"ın gəlişini dumanlı hava və yağışla gözləyir.

Son xəbərlər
“Ordu” və NTD-dən qələbə
Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında!
“Real” “Liverpul”un müdafiəçisinə marağını yenilədi
“Real” və “Çelsi” Murillo uğrunda çəkişəcəklər
Semenyo hansı klubda çıxış etmək istədiyini müəyyənləşdirib
“Bayern” “Çelsi”nin transfer hədəfinə göz qoyur
La Liqanın ən bahalı futbolçuları müəyyənləşdi
“Çelsi” “Barselona”nın futbolçusu ilə maraqlanır
Premyer Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu
“Çelsi”nin baş məşqçisi Premyer Liqada ayın ən yaxşısı seçildi
Müdafiəçisi “Liverpul”la müqaviləsini yeniləyə bilər
Həsənov FIFA referilərinin səhv qərar qəbul etdiklərini təsdiqlədi - VİDEO
AFFA rəsmisi Gəncə və "Turan Tovuz" futbol akademiyalarına səfər ediblər
“Napoli”nin Kobbi Meynu ilə bağlı mövqeyi məlum oldu
Azərbaycan millilərinin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşdi
DÇ: Daha bir boksçumuz finala yüksəldi
“Çelsi” “Leypsiq”in müdafiəçisini hədəfə aldı
Morata üçün il başa çatdı
Təxirə salınmış oyuna təyinatlar açıqlandı
“Liverpul” da Semenyonu istəyir
Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi!
Millimizin üzvü əməliyyat olundu
Yurgen Klopp “Real”dan təklif alarsa…
Avropa Liqasında pley-offa vəsiqə qazanan 6 komanda bəllidir
Almanlar yenilənmiş "Kamp Nou"ya zərər vurublar
Touni İngiltərə Premyer Liqasına qayıtmayacaq
“D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub
Azərbaycan UEFA reytinqində 26-cı pillədə qaldı
Erik Qarsiya “Barselona” ilə bağlı arzusunu açıqladı
“Azəri” çempion oldu
DAHA ÇOX

Ən çox oxunanlar