DÇ-2022-yə start verildi, Qətər Ekvadora məğlub oldu

DÇ-2022-yə start verildi, Qətər Ekvadora məğlub oldu

Bu gün futbol üzrə dünya çempionatı start götürüb.

Sports.az xəbər verir ki, Qətərdə keçirilən mundialın açılış oyununda ev sahibi komanda ilə Ekvador yığması üz-üzə gəlib.

A qrupu çərçivəsində keçirilən və 60 minlik azarkeş tutumuna malik “El-Bayt” stadionunda baş tutan matçı italiyalı Daniele Orsato idarə edib. Oyundan əvvəl mundialın açılış mərasimi keçirilib. Qarşılaşma isə Ekvador yığmasının ianmlı qələbəsiylə yekunlaşıb. DÇ-2022-nin ilk qoluna imza atan Türkiyənin "Fənərbaxça" klubuna məxsus Enner Valensiya, həm də dublunu rəsmiləşdirib.

Qətər mundiala ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. DÇ-2022 32 komandanın iştirakı ilə baş tutan sonuncu dünya çempionatı olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi çempionatda 48 milli komanda mübarizə aparacaq.

2018-ci ildə keçirilən sonuncu dünya çempionatının qalibi Fransa yığması olmuşdu.

DÇ-2022-nin qalibi 40 milyon dollar qazanacaq. İkinci yeri tutan milli komanda 30 milyon, üçüncü yerin sahibi 27 milyon dollar əldə edəcək.

DÇ-2022
A qrupu

20 noyabr

Qətər – Ekvador 0:2
Qol: E.Valensiya, 16-pen; 31.
Baş hakim: Daniele Orsato (İtaliya)
“El-Bayt” stadionu.

Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar