7:0-la gələn rekord və ilklər

7:0-la gələn rekord və ilklər

Futbol üzrə İspaniya millisi Qətərdə təşkil olunmuş dünya çempionatındakı ilk matçında Kosta Rika yığmasına 7:0 hesabıyla qalib gəlib.

Sports.az xəbər verir ki, bu oyun həm sözügedən komanda, həm də bəzi ispan futbolçular üçün əlamətdar olub.

Bu oyunda hesabı 11-ci dəqiqədə Dani Olmo açıb. 24 yaşlı yarımmüdafiəçi bununla İspaniya millisinin dünya çempionatlarında vurduğu 100-cü qolun müəllifinə çevrilib. İspaniyalıların mundillardakı ilk qolunu isə 1934-cü ildə Xose İraraqorri Braziliya ilə matçda vurub. İspaniya yığması Kosta Rikaya vurduğu ilk qol sayəsində Braziliya (229, Almaniya (227), Argentina (138), İtaliya (128) və Fransanın (124) ardından 100 qol səddinə çatan 6-cı komandadır.

İspaniya yığması həm də dünya çempionatları tarixində topa sahib olmada yeni rekorda imza atıb. Pireney təmsilçisi bu oyunda 81,7 faizlik göstərici ilə nail olub. Əvvəlki rekord Argentina yığmasına məxsus idi - 80,3 faiz. Cənubi Amerika təmsilçisi 2010-cu ildə dünya çempionatında Yunanıstanla qarşılaşmada bu göstəriciyə imza atmışdı. 3-cü pillədə DÇ-2018-in Rusiya - İspaniya görüşü qərarlaşıb. Həmin oyunda ispaniyalılar topa 78,9 faiz sahib olub.

İspaniya millisi 1962-ci ildən bəri Dünya Çempionatının start heyətində iki gənc oyunçuya (Qavi və Pedri) güvənən ilk Avropa komandası oldu. Ümumiyyətlə, Qavi İspaniya millisi tarixində belə böyük yarışda çıxış edən ən gənc futbolçudur – 18 yaş 110 gün. O, bu oyunda komandasının 5-ci qoluna imza atmaqla İspaniya yığmasının heyətində qol vurmağı bacaran ən hənc futbolçuya çevrilib. Qavi həm də dünya çempionatları tarixində üçüncü ən gənc qolçu olub. Rekord 1958-ci ildə İsveçə qol vurmuş Peleyə (17 yaş 249 gün) məxsusdur. İkinci yerdə isə Manuel Rosas (18 yaş 93 gün, DÇ-1930) qərarlaşıb.

İspaniya yığması 7:0 hesablı qələbə sayəsində DÇ-2022-nin ən fərqli qələbəsinə imza atdı.

Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar