DÇ-2022: Fransa 1/8 finalda, Argentinadan inamlı qələbə

DÇ-2022: Fransa 1/8 finalda, Argentinadan inamlı qələbə

Qətərdə təşkil olunan dünya çempionatında bu gün daha 4 oyun keçirilib.

Sports.az xəbər verir ki, C və D qruplarında 2-ci tur çərçivəsində ümumilikdə 4 qarşılaşma baş tutub.

Günün ilk matçı D qrupuna təsadüf edib. Tunis millisi Avstraliyanı sınağa çəkib. Avstraliyalılar minimal hesabla qalib gələrək vacib 3 xal əldə ediblər. Bu qrupun digər oyununda isə Fransa və Danimarka yığmaları üz-üzə gəlib. Üç qolun qeydə alındığı görüş fransızların ardıcıl ikinci qələbəsiylə yekunlaşıb. Bununla da sonuncu dünya çempionu olan Fransa yığması 1/8 finala vəsiqəni təmin edən ilk komanda olub.

C qrupunda isə ikinci tura Polşa - Səudiyyə Ərəbistanı matçı ilə start verilib. Polşalılar bu oyundan inamlı qələbə ilə ayrılıblar. Digər qarşılaşmada isə ilk turda gözlənilmədən uduzan Argentina yığması Meksika ilə münasibətlərinə aydınlıq gətirib. Lionel Messi və dostları bu matçda etimadı inamlı qələbə ilə doğruldublar.

Dünya çempionatı
26 noyabr

C qrupu

Polşa - Səudiyyə Ərəbistanı 2:0
Qol: Pyotr Zelinski, 39. Robert Levandovski, 82.
Matçın 45+1-ci dəqiqəsində Salem Əl-Davsari penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Vilton Sampayo (Braziliya).
"Edyukeyşn Siti" stadionu.

Polşa: Voyçex Şensnı, Bartoş Bereşinski, Kristian Belik, Metti Keş, Pşemıslav Frankovski, Kamil Qlik, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (k), Arkadiuş Milik, Pyotr Zelinski.
Səudiyyə Ərəbistanı: Məhəmməd Əl-Ovais, Saud Abdulhamid, Abdulela Əl-Əmri, Məhəmməd Əl-Burayk, Əli Əl-Boleahi, Firas Əl-Buraykan, Salem Əl-Davsari, Abdulela Əl-Malki, Sami Əl-Naci, Saleh Əl-Şəhri, Məhəmməd Kanno.

Argentina - Meksika 2:0
Qol: Lionel Messi, 64. Enso Fernandes, 87.
Baş hakim: Daniele Orsato (İtaliya).
"Lusail" stadionu.

Argentina: Emiliano Martines, Qonsalo Montiel, Lisandro Martines, Nikolas Otamendi, Markos Akunya, Rodriqo De Paul, Quido Rodriqes, Aleksis Makallister, Anxel Di Mariya, Lautaro Martines, Lionel Messi (k).
Meksika: Gilyermo Oçoa, Nestor Arauxo, Sesar Montes, Hektor Moreno, Kevin Alvares, Hektor Herrera, Andres Quardado (k), Luis Çaves, Xesus Qalyardo, İrvinq Losano, Aleksis Veqa.

Xal: Polşa - 4, Argentina - 3, Səudiyyə Ərəbistanı - 3, Meksika - 1.

D qrupu

Tunis - Avstraliya 0:1
Qol: Mitçell Dyuk, 23.
Baş hakim: Daniel Zibert (Almaniya).
"Əl-Canub" stadionu.

Tunis: Aymen Dahmen, Montassar Talbi, Yassin Meria, Dilan Bronn, Yussef Msakni (k), İssam Cebali, Aysa Layduni, Elyess Sxiri, Məhəmməd Drager, Ali Abdi, Naim Sliti.
Avstraliya: Metyu Rayan (k), Aziz Behiç, Mitçell Dyuk, Kreyq Qudvin, Cekson İrvin, Mettyu Leki, Rayli Makqri, Aaron Muy, Kay Rouls, Harri Suttar, Fran Karaçiç.

Fransa - Danimarka 2:1
Qol: Kilian Mbappe, 61; 86 - Andreas Kristensen, 68.
Baş hakim: Şimon Marçinyak (Polşa).
"Stadium 974".

Fransa: Uqo Loris (k), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Tçuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru.
Danimarka: Kasper Şmeyxel (k), Yoaxim Andersen, Viktor Nelson, Yoakim Mehle, Andreas Kristensen, Yesper Lindström, Kristian Eriksen, Mikkel Damsqor, Andreas Kornelius, Rasmus Kristensen, Pye-Emil Hoybyerq.

Xal: Fransa - 6, Avstraliya - 3, Danimarka- 1, Tunis - 1.

Son xəbərlər
“Ordu” və NTD-dən qələbə
Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında!
“Real” “Liverpul”un müdafiəçisinə marağını yenilədi
“Real” və “Çelsi” Murillo uğrunda çəkişəcəklər
Semenyo hansı klubda çıxış etmək istədiyini müəyyənləşdirib
“Bayern” “Çelsi”nin transfer hədəfinə göz qoyur
La Liqanın ən bahalı futbolçuları müəyyənləşdi
“Çelsi” “Barselona”nın futbolçusu ilə maraqlanır
Premyer Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu
“Çelsi”nin baş məşqçisi Premyer Liqada ayın ən yaxşısı seçildi
Müdafiəçisi “Liverpul”la müqaviləsini yeniləyə bilər
Həsənov FIFA referilərinin səhv qərar qəbul etdiklərini təsdiqlədi - VİDEO
AFFA rəsmisi Gəncə və "Turan Tovuz" futbol akademiyalarına səfər ediblər
“Napoli”nin Kobbi Meynu ilə bağlı mövqeyi məlum oldu
Azərbaycan millilərinin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşdi
DÇ: Daha bir boksçumuz finala yüksəldi
“Çelsi” “Leypsiq”in müdafiəçisini hədəfə aldı
Morata üçün il başa çatdı
Təxirə salınmış oyuna təyinatlar açıqlandı
“Liverpul” da Semenyonu istəyir
Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi!
Millimizin üzvü əməliyyat olundu
Yurgen Klopp “Real”dan təklif alarsa…
Avropa Liqasında pley-offa vəsiqə qazanan 6 komanda bəllidir
Almanlar yenilənmiş "Kamp Nou"ya zərər vurublar
Touni İngiltərə Premyer Liqasına qayıtmayacaq
“D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub
Azərbaycan UEFA reytinqində 26-cı pillədə qaldı
Erik Qarsiya “Barselona” ilə bağlı arzusunu açıqladı
“Azəri” çempion oldu
DAHA ÇOX

Ən çox oxunanlar