Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar “Şəhər turu”

Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar “Şəhər turu”

Azərbaycan Cüdo Federasiyası (ACF) paytaxtın əsas küçə və prospektləri boyunca xüsusi brendinq olunmuş avtobusla "Şəhər turu" həyata keçirib.

Sports.az xəbər verir ki, 28 oktyabr - Ümumdünya Cüdo Günü ilə əlaqədar təşkil olunan turda yer alan kiçik cüdoçular şəhərin müxtəlif məkanlarında sakinlərlə görüşüb, onları Cüdo Günü münasibətilə təbrik edib, xatirə fotoları çəkdiriblər.

Layihə cüdonun dəyərlərini - hörmət, cəsarət və dostluğu daha geniş auditoriyaya çatdırmaqla ölkədə bu idman növünün populyarlığının artırılmasına xidmət edib. 28 oktyabr həm də cüdonun banisi Ciqoro Kanonun doğum günüdür. Cüdo hər kəsin əsl potensialını ortaya çıxara, özünü kəşf edə biləcəyi sistemdir.

Azərbaycanda cüdoya maraq sürətlə artır. Son illərdə idmançılarımız ən mötəbər arenalarda ölkəmizin bayrağını zirvəyə qaldırıb. Hidayət Heydərov və Zelim Kotsoyev kimi Olimpiya və dünya çempionlarımızın uğurları bütün ölkəyə böyük sevinc bəxş edib.

ACF-nin sistemli fəaliyyəti bu nailiyyətlərin əsasını təşkil edir. Regionlarda cüdonunun əhatə dairəsinin genişləndirilməsi, yeni təlim-məşq mərkəzlərinin istifadəyə verilməsi, məktəblilər üçün maarifləndirici kampaniyalar, məşqçi və hakimlər üçün ixtisasartırma proqramları, eləcə də inklüziv və kütləvilik yönümlü layihələr cüdonun ölkəmizdə davamlı inkişafına xüsusi töhfə verir.

Son xəbərlər
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
Ryerson Premyer Liqaya üz tuta bilər
Fiqodan Rodriqoya dəstək
19-cu tura start verilir
Entso Fernandes PSJ-yə keçə bilər
“Samsunspor" "Rayo Velyekano"nu qəbul edəcək
Avropa Liqasının 1/8 final mərhələsi başlayır
17-ci turun son oyunları keçiriləcək
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Premyer Liqanın 24-cü turu rəqəmlərin gözü ilə
DAHA ÇOX

Ən çox oxunanlar