“Finalda hər senariyə hazır olmalıyıq” - Didye Deşam

“Finalda hər senariyə hazır olmalıyıq” - Didye Deşam

Futbol üzrə Fransa yığmasının baş məşqçisi Didye Deşam Qətərdəki dünya çempionatının finalında Argentinaya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Möhtəşəm bir atmosferdə final oynayacağıq. Matçın sonunda komandalardan biri üçüncü dəfə dünya çempionu olacaq. Tribunalarda argentinalı fanatların daha çox olması ehtimalı bizi qorxutmur. Çünki sabah meydanda bizimlə onlar yox, Argentina yığması qarşılaşacaq. Ümid edirəm ki, festival kimi bir atmosfer görəcəyik. 

Dörd il öncə də Argentina yığmasıyla qarşılaşmışdıq. Amma indiki komanda fərqlidir. Düzülüşləri, oyun anlayışları çox fərqlənir. Argentinanı analiz edən bir komandamız var. Fərqli senarilərə hazır olmalıyıq.

Fransa yığmasını çalışdırmaq mənim üçün çox möhtəşəm bir fürsət idi. Amma mənim üçün milli komanda və onun nəticələri daha önəmlidir. Yığmadakı gələcəyim sabahkı finalın nəticəsindən asılı olmayacaq”.

Son xəbərlər
“Qarabağ”ın sabiq futbolçusu “Xankəndi” ilə müqavilə bağladı
“Səbail” milli üzvünü transfer etdi
“Sabah”dan ayrılan futbolçu rəsmən “Arsenal”da!
Verratti İtaliya yığmasına qayıtmağa hazıdır
Luis Enrike PSJ-nin yarımmüdafiəçisinin satışını yasaqladı
“Hamburq”un direktoru millimizin üzvü barədə danışdı
“Arsenal” “Real”ın müdafiəçisi uğrunda mübarizəyə qoşuldu
“Qarabağ” İngiltərəyə getdi
Millimizin üzvü Türkiyə klubuna transfer olundu
PSJ hücumçusunu satmaq niyyətində deyil
Könül Mehdiyevaya UEFA-dan təyinat
“Barselona” yarımmüdafiəçisi üçün yeni müqavilə hazırlayır
Bruno Fernandes Ueyn Runinin rekordunu təkrarladı
“Qarabağ”dan iki qələbə
999 gündən sonra
“Yuventus” keçmiş oyunçusunu geri qaytarmaq istəyir
“Sabah”dan 20-ci böyükhesablı qələbə
“Birinci görüşdə səhvlərimiz həlledici oldu”
AFFA daha iki komandaya texniki məğlubiyyət verdi
“Çelsi” “Real”ın hücumçusuna maraq göstərir
“Sabah” futbolçusu ilə yollarını ayırdı
“Qarabağ”ın “Liverpul”la oyununu slovakiyalı hakim idarə edəcək
"Turan Tovuz"un futbolçusundan yubiley qolu
“Real”ın müdafiəçisi Bundesliqa klublarının maraq dairəsində
“Qarabağ”ın ev oyunundakı uğursuz seriyası 14 ildən sonra təkrarlandı
Azərbaycan cüdoçuları üçün yeni qaydalarla bağlı seminar
Azərbaycan çempionatları tarixinin rekordu 15 ildən sonra təkrarlandı
“Arsenal” “Atletiko”nun hücumçusunu satın ala bilər
Hüseynovdan Polşada bürünc medal
Günün oyunları – TV
DAHA ÇOX

Ən çox oxunanlar