Təşəkkürlər, Qətər! 

Təşəkkürlər, Qətər! 

Futbol üzrə dünya çempionatı bu axşam Fransa-Argentina finalı ilə bitir. Bir çox ilklərin yaşandığı "Qətər 2022" sözsüz ki, azarkeşlərin xatirəsində ömürlük iz buraxacaq.

Final öncəsi planetin hər yerində futbolsevərləri 1 sual düşündürür: görəsən, Lionel Messi nəhayət, mundialın qalibi ola biləcəkmi? Argentinalı dahi böyük ehtimalla bir daha dünya çempionatlarının final mərhələsində iştirak etməyəcək və bu, onun sonuncu şansıdır.
Futbol üzrə dünya çempionatlarının final mərhələsi şübhəsiz ki, bütün idman turnirlərinin şahıdı. Bu yarışı canlı izləmək şansı qazananlar isə mənə görə xoşbəxt insanlardı.

Azərbaycanın ilk qanuni mərc saytı olan ETOPAZ bu xoşbəxtliyi "Qətər 2022"də müştərilərinə və bir neçə azərbaycanlı idman jurnalistinə yaşatdı.

Doha beynəlxalq hava limanına endiyimiz ilk dəqiqələrdən möhtəşəm bayram ab-havasını hiss etməyə başladıq. Müxtəlif ölkələrdən olan azarkeşlər şən musiqilərə rəqs edir, mahnılar oxuyurdu. Heç gözləmədiyim halda kütlədən yaşlı bir mərakeşli azarkeş ölkəsinin bayrağını mənə hədiyyə etdi. Həmin gün Mərakeş Belçika üzərində sensasiyalı qələbə qazanacaq, daha sonrasa, ilklərə imza ataraq bütün dünyaya özündən söz etdirməyi bacaracaqdı.

...Azərbaycanlı qonaqlar hava limanından birbaşa "Nusr Et" restoranına yollanıb Nusret Gökçenin bişirdiyi təamlardan dadmaq, onunla şəxsən danışıb, şəkil çəkdirmək şansı qazandı.

Burda "Bal Line" şirkətinin rəhbəri Altay Əliyevin səfərboyu Qətərə apardıqları bütün həmyerlilərimizə xüsusi qayğısını qeyd etməliyəm. Dohadakı "Nusr Et" dünyanın ən bahalı restoranlarındandı. Azərbaycanlı qonaqlar orda olduğu vaxt "Şeraton" otelin həyətində yerləşən "Nusr Et"in yanındakı digər obyektdə "Liverpul"un əfsanəsi İan Raş çıxış edirdi və onu da canlı görə bildik. Amma canlı gördüyümüz ən böyük hadisə heç şübhəsiz, İspaniya-Almaniya oyunu idi. ETOPAZ-ın həmyerlilərimizə hədiyyə etdiyi çox bahalı Hospitality biletlər sahiblərinə matçdan əvvəl və sonra stadionda Qətər mətbəxi ilə tanış olmaq imkanı yaradırdı. Dünya Çempionatında alkoqollu içkilərin satışı qadağan olunsa da, Hospitality bileti olanlara müxtəlif çeşidli alkoqollu içkilər pulsuz təqdim edilirdi.

Maraqlı mübarizə şəraitində keçən İspaniya-Almaniya qarşılaşması ETOPAZ-ın sayəsində həm də, bu DÇ-də ən çox Azərbaycan bayraqlarının dalğalandığı matç oldu.

...Bu Dohaya ikinci səfərim idi. 
İlk səfərimdən şəhəri və insanları çox bəyənmişdim. Bəlkə də ona görə ki, Qətərin rəmzlərindən hesab olunan The Torch Doha otelində təsadüfən məşhur "Şalke 04" klubu ilə bərabər qaldığıma görə. Amma əsasən yerli əhaliyə fikir verirdim. Oteldə yerli qızların başı açıq gəzməsi və parti keçirməsi, otelin yanındakı möhtəşəm parkda başı bağlı və açıq qadınların birgə idman etməsi diqqətimi çəkmişdi. Mənə görə Qətər dünyanın ən inkişaf etmiş ərəb ölkəsidi. Dünya Çempionatında canlı gördüklərimiz bu fikri artıqlaması ilə doğrutdu. 

Bunadək "Braziliya 2014" və "Rusiya 2018"i canlı izləmək qismətim olmuşdu. Bu isə canlı şahidlik etdiyim ardıcıl 3-cü mundial idi. 
Qətərin memarlığı, yarışı təşkili, insanlarının münasibəti - hər şey çox əla idi. Qısa müddət orda olsaq da, möhtəşəm atmosferi duya bildik və bu səfər yaddaşımızda bir ömürlük iz buraxdı.

Çempionat hələ bitməsə də, bunu indidən ürəkdən demək olar: təşəkkürlər, Qətər! 

Hələliksə, hazırlaşaq bir qədər sonra başlayacaq möhtəşəm finalı izləməyə!

Son xəbərlər
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
Ryerson Premyer Liqaya üz tuta bilər
Fiqodan Rodriqoya dəstək
19-cu tura start verilir
Entso Fernandes PSJ-yə keçə bilər
“Samsunspor" "Rayo Velyekano"nu qəbul edəcək
DAHA ÇOX

Ən çox oxunanlar