Mbappe Peleyə çatdı, Messi onu geridə qoydu

Mbappe Peleyə çatdı, Messi onu geridə qoydu

Qətərdə keçirilmiş Fransa yığması ilə dünya çempionatının final oyunu Argentina millisinin kapitanı Lionel Messi üçün əlamətdar olub.

Sports.az xəbər verir ki, 35 yaşlı forvard dünya çempionatlarındakı qolların sayına görə Braziliya yığmasının əfsanəvi hücumçusu Peleni geridə qoyub.

O, buna fransızlarla görüşdə dubla imza atmaqla nail olub. Hazırda hesabında 13 qol olan Messi, Jüst Fontenlə birgə 4-cü ən məhsuldar futbolçudur. Dünya çempionatlarında ən çox qol vuran futbolçular isə Miroslav Kloze (16), Ronaldo Nazario (15) və Gerd Müllerdir (14).

Ulduz futbolçu dünya çempionatlarında meydanda olduğu dəqiqələrin sayına görə isə İtaliya millisinin sabiq müdafiəçisi Paolo Maldinini (2 216 dəqiqə) geridə qoyub. Matçın startınadək Messidə bu göstərici 2 194 dəqiqə olub. O, Fransa ilə görüşün 23-cü dəqiqəsində Maldininin rekordunu yeniləyərək, mütləq rekordçuya çevrilib.

Argentina ilə həlledici oyunda het-trik edən Kilian Mbappe isə dünya çempionatlarındakı qollarının sayını 12-yə çatdırıb. Bununla da o, Peleyə çatıb. Maraqlıdır ki, həm Pele, həm də Mbappe 12 qolu 14 oyunda vurub.

Xatırladaq ki, Argentina - Fransa oyununun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər. Hesab 3:3 olduğundan penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (4:2) argentinalılar 3-cü dəfə dünya çempionu olublar.

"Qətər 2022"ni ETOPAZ təqdim edir

Son xəbərlər
“Qarabağ”ın sabiq futbolçusu “Xankəndi” ilə müqavilə bağladı
“Səbail” milli üzvünü transfer etdi
“Sabah”dan ayrılan futbolçu rəsmən “Arsenal”da!
Verratti İtaliya yığmasına qayıtmağa hazıdır
Luis Enrike PSJ-nin yarımmüdafiəçisinin satışını yasaqladı
“Hamburq”un direktoru millimizin üzvü barədə danışdı
“Arsenal” “Real”ın müdafiəçisi uğrunda mübarizəyə qoşuldu
“Qarabağ” İngiltərəyə getdi
Millimizin üzvü Türkiyə klubuna transfer olundu
PSJ hücumçusunu satmaq niyyətində deyil
Könül Mehdiyevaya UEFA-dan təyinat
“Barselona” yarımmüdafiəçisi üçün yeni müqavilə hazırlayır
Bruno Fernandes Ueyn Runinin rekordunu təkrarladı
“Qarabağ”dan iki qələbə
999 gündən sonra
“Yuventus” keçmiş oyunçusunu geri qaytarmaq istəyir
“Sabah”dan 20-ci böyükhesablı qələbə
“Birinci görüşdə səhvlərimiz həlledici oldu”
AFFA daha iki komandaya texniki məğlubiyyət verdi
“Çelsi” “Real”ın hücumçusuna maraq göstərir
“Sabah” futbolçusu ilə yollarını ayırdı
“Qarabağ”ın “Liverpul”la oyununu slovakiyalı hakim idarə edəcək
"Turan Tovuz"un futbolçusundan yubiley qolu
“Real”ın müdafiəçisi Bundesliqa klublarının maraq dairəsində
“Qarabağ”ın ev oyunundakı uğursuz seriyası 14 ildən sonra təkrarlandı
Azərbaycan cüdoçuları üçün yeni qaydalarla bağlı seminar
Azərbaycan çempionatları tarixinin rekordu 15 ildən sonra təkrarlandı
“Arsenal” “Atletiko”nun hücumçusunu satın ala bilər
Hüseynovdan Polşada bürünc medal
Günün oyunları – TV
DAHA ÇOX

Ən çox oxunanlar