Ölkə kubokunun qalibləri müəyyənləşib

Ölkə kubokunun qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə ölkə kuboku başa çatıb.

Sports.az xəbər verir ki, paytaxt Bakı ilə yanaşı müxtəlif şəhər və rayonları təmsil edən idmançıların qatıldığı yarışda 14 və 18 yaşadək stolüstü tennisçilər mübarizə aparıblar.

“Şüa İdman Kompleksi”ndə təşkil olunan turnirin nəticələrinə əsasən, “Sumqayıt 1” 2011-ci il və daha kiçik təvəllüdlü qızların komanda yarışının qalibi olub. Oğlanların mübarizəsi 13 Nömrəli İOEUGİM-in qələbəsi ilə nəticələnib.

Qoşa yarışlarında Yağmur Məmmədli – Sofiya Trofimenko və Onur Quluzadə - Əliəkbər Mirzəliyev tandemi birinci olub.

Qarışıq-qoşa növündə isə Onur Quluzadə - Yağmur Məmmədli cütü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yağmur Məmmədli ilə Onur Quluzadə şəxsi yarışlarda da bütün rəqiblərinə qalib gəlib. 

2007-2010-cu il təvəllüdlü idmançıların komanda yarışlarında “Sumqayıt 1” qızların, “13 nömrəli İOEUGİM” oğlanların mübarizəsində qələbə çalıb. Qoşa yarışlarında Mərziyyə Nurmətova – Aylin Əsgərova və Uğur Nəzərli – Toğrul Məhəmmədov dueti birinci yeri tutub. Qarışıq-qoşa növündə Adil Əhmədzadə ilə Mərziyyə Nurmətova qalib adını qazanıb. Şəxsi mübarizə isə Aylin Əsgərova ilə Adil Əhmədzadənin qələbəsi ilə başa çatıb. Fəxri kürsüdə yer alan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları və Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.

Son xəbərlər
1/4 finalın oyunlarına təyinatlar açıqlandı
“Qarabağ” Kuakunu Norveç klubuna satdı
Yüksək Liqada son turların tarixi açıqlandı
“Atletik” Niko Uilyamsla bağlı qərar qəbul etdi
“Lənkəran” “Quba”ya qarşı
Millinin baş məşqçisi ilə yeni müqavilə
“Real” yarımmüdafiəçisini satmağa hazırdır
Millimiz FIBA Çempionlar Kubokunda mübarizəyə başlayır
Günün oyunları – TV
“Barselona”nın yay transfer planı məlum oldu
“İnter” “Roma”nın yarımmüdafiəçisi ilə güclənməyə hazırlaşır
“Tottenhem”in baş məşqçi vəzifəsinə daha bir namizəd var
Yunan-Roma güləşçilərimiz AÇ-də mübarizəyə qoşulurlar
“Bayern”in müdafiəçisi futbolçu karyerasına xitam verə bilər
“Çelsi” Liam Delapla bağlı yekun qərar qəbul etdi
Aleksander-Arnold “Real”a keçidi haqda söhbət açdı
“Liverpul” müdafiəçisinə sərfəli yeni müqavilə təklif etdi
“Atalanta” baş məşqçisi ilə bağlı qərar qəbul etdi
“Araz-Naxçıvan” “Karvan-Yevlax”a, “Sumqayıt” “Şamaxı”ya qarşı
Beynəlxalq kanoe federasiyalarının rəhbərləri Sərsəng su anbarında
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
DAHA ÇOX

Ən çox oxunanlar