Digər
Millimizin növbəti sınağı

30.11.2025 | 12:20
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.
Sports.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Lüksemburq yığması ilə üz-üzə gələcək.
Bakı İdman Sarayındakı qarşılaşma saat 18:00-da start götürəcək.
Azərbaycan millisi ilk görüşdə səfərdə Şimali Makedoniyaya uduzub - 49:87.
Son xəbərlər





























