“Məni heç kim dayandıra bilməz” - Zaretska

“Məni heç kim dayandıra bilməz” - Zaretska

Azərbaycan karateçisi İrina Zaretska (68 kq) onu heç kimin dayandıra bilməyəcəyini düşünür.

Sports.az xəbər verir ki, 29 yaşlı idmançı bu barədə şəxsi instaqram hesabında yazıb.

Təcrübəli karateçi Misirin paytaxtı Qahirədə keçirilmiş dünya çempionatında bürünc medal qazanması ilə bağlı fikirlərini bölüşüb:

"Üçüncü yer uğrunda qarşılaşma inanılmaz idi. Yarımfinal mərhələsində səhv etdim. Bu, finala yüksəlməyimə və daha böyük uğur əldə etməyimə mane oldu. Buna baxmayaraq, güclü və güzəştsiz olduğum üçün fəxr edirəm. Bir daha göstərdim ki, məni heç nə və heç kim dayandıra bilməz".

O, böyüklər arasında dünya çempionatlarında beşinci dəfə mükafatçılar sırasına düşdüyünü xatırladıb:

"Artıq 10 ildir ki, ən yaxşıların sırasındayam. Hələ heç nə bitməyib".

Qeyd edək ki, İrina Zaretska 2014-cü ildəki dünya çempionatında Ukraynanı təmsil edib və bürünc medal qazanıb. O, 2018, 2021 və 2023-cü illərdə Azərbaycan bayrağı altında qızıl medala sahib çıxıb.

Son xəbərlər
1/4 finalın oyunlarına təyinatlar açıqlandı
“Qarabağ” Kuakunu Norveç klubuna satdı
Yüksək Liqada son turların tarixi açıqlandı
“Atletik” Niko Uilyamsla bağlı qərar qəbul etdi
“Lənkəran” “Quba”ya qarşı
Millinin baş məşqçisi ilə yeni müqavilə
“Real” yarımmüdafiəçisini satmağa hazırdır
Millimiz FIBA Çempionlar Kubokunda mübarizəyə başlayır
Günün oyunları – TV
“Barselona”nın yay transfer planı məlum oldu
“İnter” “Roma”nın yarımmüdafiəçisi ilə güclənməyə hazırlaşır
“Tottenhem”in baş məşqçi vəzifəsinə daha bir namizəd var
Yunan-Roma güləşçilərimiz AÇ-də mübarizəyə qoşulurlar
“Bayern”in müdafiəçisi futbolçu karyerasına xitam verə bilər
“Çelsi” Liam Delapla bağlı yekun qərar qəbul etdi
Aleksander-Arnold “Real”a keçidi haqda söhbət açdı
“Liverpul” müdafiəçisinə sərfəli yeni müqavilə təklif etdi
“Atalanta” baş məşqçisi ilə bağlı qərar qəbul etdi
“Araz-Naxçıvan” “Karvan-Yevlax”a, “Sumqayıt” “Şamaxı”ya qarşı
Beynəlxalq kanoe federasiyalarının rəhbərləri Sərsəng su anbarında
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
DAHA ÇOX

Ən çox oxunanlar