“Həşimov Memorialı dünya şahmatına böyük töhfədir”

“Həşimov Memorialı dünya şahmatına böyük töhfədir”

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Vüqar Həşimov Memorialının mətbuat xidmətinə açıqlama verib.

Sports.az xəbər verir ki, qurum rəhbəri Xankəndidə təşkil olunacaq Memorialın davamlı keçirilməsinin sevindirici hal olduğunu söyləyib:

"Bu turnir Vüqar Həşimov Şahmat Fondu, Azərbaycan Şahmat Federasiyası və əlaqədar təşkilatların birgə səyinin nəticəsidir. Tədbirin mütəmadi olaraq keçirilməsi Vüqar Həşimov şəxsiyyətinin miqyasını göstərir. O cümlədən dünya şahmatçıları tərəfindən Vüqarın adının yüksək tutulması ilə əlaqədardır. Belə olan halda bu amillər Memorialın uzun illər keçiriləcəyinə əsas verir. İlk illərdə yarış Şəmkir, Bakı və Qəbələ şəhərlərində keçirildi. Son illərdə isə işğaldan azad edilmiş şəhərlərdə baş tutur. Memorialın Şuşa və Xankəndidə təşkil olunması isə gözəl ənənədir və bunu davam etdirəcəyik. Turnirin gələcəkdə müxtəlif ünvanlarda keçirilməsi də istisna edilmir. Bu isə Azərbaycanın digər bölgələrinin tanıdılması üçün gözəl vasitədir. Azərbaycanın şahmat ənənələrini, gücünü nəzərə alsaq, turnir dünya şahmatına olan böyük tövfədir".

O, Memorialın FİDE dünya çempionatının seçmə mərhələsinə daxil olunması ilə bağlı da fikirlərini bildirib:

"Vüqar Həşimovun xatirə turniri ilk günlərdən ən yüksək səviyyədə təşkil olunub. Bu səbəbdən turnirin FİDE tərəfindən seçmə mərhələnin tərkib hissəsi kimi qəbul olunması əbəs deyil. İnanırıq ki, belə də olacaq və gələcəkdə daha yüksək səviyyələrə qalxacaq".

Məmmədov mərhum Avropa çempionu ilə bağlı düşüncələrini də bölüşüb:

"Vüqar Həşimov Azərbaycanın şahmat tarixində çox parlaq, unudulmayan iz qoyub. İlk addımlarından son günlərinədək gözümüzün qabağında idi. Dünyanın ən görkəmli, aparıcı şahmatçılarından birinə çevrilməsinin, qələbələrinin şahidi olduq. Adı "Ginnesin rekordlar kitabı"na salınan Faiq Həsənovun 85 illiyinə həsr olunmuş filmdə Vüqar Həşimov barədə maraqlı kadrlar da geniş tamaşaçı kütləsinə çatdırılıb. Fəxr hissi ilə deyə bilərəm ki, Vüqar şahmat nəzəriyyəsinə də böyük tövfələri ilə yadda qalıb. Bu sözü çox az şahmatçı barədə demək olar. O, həm böyük praktik, həm də görkəmli nəzəriyyəçi idi. Həşimov bu mənada da dünya şahmatında öz bacarığını əsirgəmədi. Sevinirik ki, bu ad, bu xatirə daim yaşayır. Bu təkcə Memorial turnir deyil. "Baku Chess Tour"a daxil olunmuş yarışın gələcəkdə bu turnirə əlavə olunması istisna deyil. Fondun gördüyü xeyirxah işlər, şahmat tədbirlərini də bu siyahıya əlavə etmək olar. Azərbaycanın yeni nəsil şahmatçıları da hər zaman elə böyük şahmatçının olması, ölkəmizin adını ucaltması, ilk dəfə Avropa çempionu, Qran-pri qalibi olması barədə həmişə biləcəklər. Vüqarın xatirəsi daim yaşayacaq".

Qeyd edək ki, 11-ci Vüqar Həşimov Memorialı dekabrın 9-11-də Xankəndidə keçiriləcək.

Son xəbərlər
“Çelsi” baş məşqçi dəyişikliyi üzərində düşünür
Paris-2024: Azərbaycan idmançılarının qazandıqları medallar yenisi ilə əvəz edildi
Azərbaycan milliləri beynəlxalq turnirdə mübarizə aparacaqlar
“Real”da heyət yenidən qurulacaq
“Avropa Kubokunun Gəncədə təşkili xüsusi əhəmiyyət daşıyır”
Fərid Qayıbov federasiya nümayəndələri ilə görüşdü
Dieqo Simeone “Atletiko”nun aparıcı oyunçuları ilə bağlı şayiələri təkzib etdi
2-ci Liqada fevralın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Rəhim Həsənov 24-cü turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
“İnter”in gənc hücumçusu kəşfiyyatçıların müşahidəsi altındadır
Azərbaycan yığmasının təlim-məşq toplanışı üçün heyəti
“Şəki Siti”dən əzmkar, “Şirvan”dan çətin qələbə
“Mançester Yunayted” beş məşqçini baxışdan keçirir
“Atletiko” ulduzu ilə bağlı mövqeyini açıqladı
Azərbaycan gimnastlarından beynəlxalq turnirlərdə uğurlu nəticə
Superkompüter “Tottenhem” haqda nə düşünür?
“Nyukasl” səs-küylü keçid nəzərdə tutub
“Beş dəqiqə oynasam belə, özümü sübut etməyə çalışıram”
“Barselona”nın yay transfer hədəflərindən biri məlum oldu
Azərbaycanlı pilot “Formula 4” testlərini uğurla başa vurub
Mirbağır İsayev UEFA-nın Elit Məşq Layihəsinə rəhbər təyin olunub
“Azərbaycan millisi Portuqaliya yığması deyil, amma…” - Ruy Jorje
Premyer Liqada 26-cı turun oyun cədvəli bəlli oldu
“Barselona”da prezident seçkilərinin nəticələri açıqlandı
Ruy Jorjenin təqdimat mərasimi keçirildi, müqavilə müddəti açıqlandı
Yarımfinalın ilk görüşlərinin oyun cədvəli açıqlandı
2-ci Liqada 18-ci turun təyinatları açıqlandı
“Liverpul” baş məşqçisi ilə bağlı yekun qərar qəbul etdi
"Şamaxı" Premyer Liqada 300-cü, bütün turnirlərdə 400-cü qələbəsini qazandı
"Neftçi"nin tarixinə düşən penalti
DAHA ÇOX

Ən çox oxunanlar