Digər
11-ci tura start veriləcək

22.12.2025 | 11:15
Azərbaycan Basketbol Liqasında bu gün 11-ci tura start veriləcək.
Sports.az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutacaq.
Bakı İdman Sarayında "Ordu" "Naxçıvan"la üz-üzə gələcək. "Sumqayıt" isə Sumqayıt Olimpiya İdman Kompleksində "Lənkəran"ı sınağa çəkəcək.
Hər iki görüş saat 19:00-da start götürəcək.
Daha iki matç sabah baş tutacaq. 11-ci turun NTD - "Gəncə" və "Sabah" - "Neftçi" matçları isə təxirə salınıb.
Son xəbərlər





























