“Sabah” - “Abşeron Lions" oyununun hakimləri cəzalandırıldı

“Sabah” - “Abşeron Lions" oyununun hakimləri cəzalandırıldı

Azərbaycan Basketbol Federasiyası (ABF) "Sabah" - "Abşeron Lions" oyununun hakimlərini cəzalandırıb.

Sports.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

ABF Azərbaycan Basketbol Liqasının 10-cu turunda baş tutmuş matçda yaşananlara aydınlıq gətirib:

"Azərbaycan Basketbol Liqasının oyunları üç hakim sistemi ilə idarə olunur. Lakin sözügedən qarşılaşmada olduğu kimi "fors-major" hallarda FIBA qaydalarına əsasən (FIBA qaydaları 45-ci maddə) oyunun iki hakimlə başlanmasına, üçüncü hakimin oyuna sonradan qoşulmasına və ya görüşün iki hakimlə tamamlanmasına heç bir maneə yoxdur. Bu səbəbdən müvafiq oyunda yaranmış "fors-major" vəziyyətlə əlaqədar olaraq, oyunun iki hakimlə başlaması hər iki kluba təklif olunmuş və daha sonra klubların qarşılıqlı razılığı əsasında qarşılaşma iki hakimlə başlamış, birinci periodun gedişində üçüncü hakimin oyuna qoşulması ilə görüş üç hakim sistemi ilə davam etdirilərək başa çatdırılmışdır".

Bildirilib ki, oyunla bağlı qeydə alınan digər məsələ hakimlərin idarəçiliyi ilə əlaqədar olub:

"Aparılan ətraflı təhlil nəticəsində qarşılaşma ərzində hər iki komandanın lehinə və əleyhinə həm ciddi, həm də xırda hakim səhvlərinin olduğu müəyyən edilib. Bununla belə, bu səhvlərin görüşün yekun nəticəsinə birbaşa təsir göstərmədiyi qənaətinə gəlinib. Buna baxmayaraq, sözügedən oyunu idarə edən hakimlər barəsində intizam tədbirlərinin görülməsi və oyun cəzasının tətbiq edilməsi qərara alınıb".

Qeyd edək ki, son ölkə çempionu "Sabah" sözügedən matçda "Abşeron Lions"a 97:101 hesabı ilə uduzub.

Son xəbərlər
Millimizin üzvü Türkiyə klubuna transfer olundu
PSJ hücumçusunu satmaq niyyətində deyil
Könül Mehdiyevaya UEFA-dan təyinat
“Barselona” yarımmüdafiəçisi üçün yeni müqavilə hazırlayır
Bruno Fernandes Ueyn Runinin rekordunu təkrarladı
“Qarabağ”dan iki qələbə
999 gündən sonra
“Yuventus” keçmiş oyunçusunu geri qaytarmaq istəyir
“Sabah”dan 20-ci böyükhesablı qələbə
“Birinci görüşdə səhvlərimiz həlledici oldu”
AFFA daha iki komandaya texniki məğlubiyyət verdi
“Çelsi” “Real”ın hücumçusuna maraq göstərir
“Sabah” futbolçusu ilə yollarını ayırdı
“Qarabağ”ın “Liverpul”la oyununu slovakiyalı hakim idarə edəcək
"Turan Tovuz"un futbolçusundan yubiley qolu
“Real”ın müdafiəçisi Bundesliqa klublarının maraq dairəsində
“Qarabağ”ın ev oyunundakı uğursuz seriyası 14 ildən sonra təkrarlandı
Azərbaycan cüdoçuları üçün yeni qaydalarla bağlı seminar
Azərbaycan çempionatları tarixinin rekordu 15 ildən sonra təkrarlandı
“Arsenal” “Atletiko”nun hücumçusunu satın ala bilər
Hüseynovdan Polşada bürünc medal
Günün oyunları – TV
“Flamenqo” məzununu geri qaytarmaqda israrlıdır
Bernardo Silva “Barselona”ya ismarış ünvanladı
“Tottenhem” “Liverpul”la ortaq məxrəc əldə edə bilməyib
Xabi Alonsonun “Livepul”u çalışdıraca biləcəyinə ehtimal artır
MS “Real”ın müdafiəçisi ilə bağlı danışıqlara başladı
La Liqada meydan sahiblərinin günü
“Nitsa” və “Strasburq”dan darmadağın
“Yuventus” “Napoli”yə darmadağınla qalib gəldi
DAHA ÇOX

Ən çox oxunanlar