ACF rəhbərliyi və cüdoçulardan qış düşərgəsinin iştirakçıları ilə görüş

ACF rəhbərliyi və cüdoçulardan qış düşərgəsinin iştirakçıları ilə görüş

Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi, həmçinin çempion cüdoçular Şabran rayonunda VII "Qardaşlaşmış Qarabağ Məktəbləri" Qış düşərgəsinin iştirakçıları ilə görüşüblər.

Sports.az xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, cüdo üzrə Olimpiya və ikiqat Avropa çempionu, dünya çempionatının mükafatçısı Elnur Məmmədli, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, "Judo Club 2012" İctimai Birliyinin sədri Azər Əsgərov, olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov, Avropa çempionları Rüstəm Orucov və Orxan Səfərov, eləcə də digər rəsmi nümayəndələr iştirak ediblər.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən "Həftəsonu Qarabağ Məktəbi"nin birgə təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil olunan tədbirdə çempionlar düşərgə iştirakçıları ilə səmimi söhbət aparıb, öz həyat və idman yoluna dair təcrübələrini bölüşüb, onları məqsədyönlü və əzmkar olmağa çağırıblar.

Görüş çərçivəsində düşərgə iştirakçısı olan yeniyetmə cüdoçu, Vətən Müharibəsi Qəhrəmanı, şəhid XTQ baş giziri Mehrab Niftəliyevin qızı, Respublika və Sumqayıt şəhər birincisi Ləman Niftəliyevaya çempion cüdoçular tərəfindən kimono hədiyyə olunub. Olimpiya çempionlarından bu hədiyyəni almaq Ləman üçün yaddaqalan, unudulmaz anlardan biri olub və görüş zamanı duyğusal anlar yaşanıb.

Sonda görüşün təşəbbüskarı olan "Judo Club 2012" İctimai Birliyinin sədri Azər Əsgərov tərəfindən bütün düşərgə iştirakçılarına xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, "Shabran Wellbeing Resort" İstirahət və Sağlamlıq Mərkəzində Fransanın Nant şəhərində fəaliyyət göstərən "Həftəsonu Qarabağ Məktəbi"nin şagirdləri ilə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin məktəbli övladlarının iştirakı ilə keçirilən düşərgə ərzində müxtəlif maarifləndirici təlimlər, intellektual oyunlar, mədəni və idman tədbirləri təşkil olunur. Düşərgənin ikinci mərhələsinin 2026-cı ilin yay aylarında Fransada keçirilməsi planlaşdırılır.

Son xəbərlər
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
Ryerson Premyer Liqaya üz tuta bilər
Fiqodan Rodriqoya dəstək
19-cu tura start verilir
Entso Fernandes PSJ-yə keçə bilər
“Samsunspor" "Rayo Velyekano"nu qəbul edəcək
Avropa Liqasının 1/8 final mərhələsi başlayır
17-ci turun son oyunları keçiriləcək
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Premyer Liqanın 24-cü turu rəqəmlərin gözü ilə
Daha 3 güləşçimiz AÇ-də mübarizəyə qoşulur
Fərəcullayevə futbolun inkişafı lazımdır? - Bir "zəfərin" gözləntisində
Günün oyunları – TV
“Real”da Modriçlə Kroos kimi oyunçular çatışmır”
“Milan”ın hücumçusu sıraya qayıtmaq üzrədir
Stanişiç çıxış etdiyi mövqelərlə bağlı təəssüratını paylaşdı
“Mbappe “Real”ın digər oyunçularından heç də vacib deyil”
Kompanidən Olise açıqlaması
Valverde “Real”dakı rolundan söhbət açdı
“Real” Arbeloya “zəhərli konfet” verib”
“Real” “Mançester Siti”ni, PSJ “Çelsi”ni darmadağın etdi
Gültəkinlə Günay Avropa çempionatının finalında
DAHA ÇOX

Ən çox oxunanlar