Digər
Millimizin meneceri növbəti dəfə beynəlxalq təyinat alıb

06.01.2026 | 11:20
Azərbaycanın kişilərdən ibarət millisinin meneceri Yelena Parxomenko Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti dəfə təyinat alıb.
Bu barədə Sports.az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
O, kişi voleybolçular arasında keçirilən CEV Kubokunun 1/16 final oyununda iştirak edəcək.
Parxomenko yanvarın 7-də Rumıniyada baş tutacaq "CSM Corona" (Rumıniya) – "Volley Şönenverd" (İsveçrə) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.
Son xəbərlər





























