Digər
“Turan” “Azərreyl”i, UNEC isə “DH Volley”i məğlub etdi

08.01.2026 | 21:30
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 8-ci tura start verilib.
Sports.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
"Azərreyl" kollektivi ilə qarşılaşan "Turan" 3:0 hesablı qələbə qazanıb. Görüş Tovuz Olimpiya İdman Kompleksində keçirilib.
UNEC komandası isə "DH Volley"i 3:2 hesabı ilə üstələyib. Bu matç Azərbaycan Voleybol Federasiyasının idman zalında reallaşıb.
Son xəbərlər





























