Digər
“Gəncə” uduzdu, “Azərreyl” qalib gəldi

09.01.2026 | 21:30
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.
Sports.az xəbər verir ki, qadınların yarışında 8-ci turda "Gəncə" evdə "Milli Aviasiya Akademiyası"nı qəbul edib.
Gəncə İdman Sarayında baş tutan görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2 (20:25, 22:25, 25:19, 25:15, 15:9).
Kişilərin mübarizəsində isə 2-ci turdan təxirə salınan matçda "Azərreyl" "Gənclər"i 3:0 (25:11, 25:12, 25:20) hesabı ilə məğlub edib.
Son xəbərlər





























