“Qəbələ”nin layiq olduğu yerə qayıdacağına inanıram”

“Qəbələ”nin layiq olduğu yerə qayıdacağına inanıram”

“Qəbələ” bir neçə gün öncə hücumçu İsmahil Akinade ilə 1,5 illik müqavilə bağlayıb.

Sports.az xəbər verir ki, son olaraq Özbəkistanın “Andijon” komandasında çıxış etmiş nigeriyalı forvard klubun rəsmi saytına açıqlama verib:

“Hələ şəhərə baxmaq fürsətim olmayıb. Ancaq klubun özü kifayət qədər peşəkar görünür. Baza da çox yaxşıdır. Komandada ilk rəsmi oyunumu səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, yaxşı nəticələr əldə edəcəyik. Komandaya kömək etmək istəyirəm”.

Akinade “Qəbələ”yə gəlməmişdən Azərbaycan futbolu haqqında çox da geniş məlumata malik olmayıb:

“Qəbələ”dən təklif gələndə həyəcanlandım, çünki əvvəl bu ölkədə oynamamışam. Hər zaman yeni sınaqları, özümü yoxlamağı sevirəm. Bunu səbirsizliklə gözləyirəm. Komandaya qoşulacağım üçün həyəcanlı idim. Bilirəm ki, “Qəbələ” böyük klubdur. Son illər ən yaxşı günlərini yaşamasa da, əvvəlki layiq olduğu yerə qayıdacağına inanıram.

Azərbaycan futbolu haqqında çox az məlumatım var idi. Bəzi dostlarım var ki, bu komandanı və liqanı tanıyırlar. Dostlarımdan biri mənə “Qəbələ”nin böyük klub olduğunu dedi. Bu klubun uğurları üçün çalışmaq yaxşı fürsətdir”.

Nigeriyalı forvard komandanın uğurları üçün əlindən gələni edəcəyinə söz verib: 

“Əsas məsələ mümkün qədər çox qələbə qazanmaqdır. Bu, komanda oyunudur, fərdi oyun deyil. Həmişə öz şəxsi hədəflərim də olur, ancaq əsas prioritet komandanın nəticələridir. Əlbəttə ki, hücumçu olaraq mümkün qədər çox qol vurmaq istəyirsən. Lakin bəzən bu olmaya bilər, məhsuldar ötürmə və müdafiəyə kömək etmək də vacibdir. Bunlarla da komandaya köməyin dəyir. Azarkeşlərə söz verərkən diqqətli olmaq lazımdır. Futboldur, burda hər şey baş verə bilər. Buna görə söz verə biləcəyim yeganə şey odur ki, hər oyun əlimdən gələnin 100 faizini ortaya qoyacam. Qalan hər şey Tanrının əlindədir. Ümid edirəm ki, layiq olduğumuz nəticələri əldə edəcəyik. Məşq meydançasında hamı əlindən gələni edir. Futbolçular, məşqçilər, eləcə də inzibati heyət - hər kəs klub üçün çalışır. Ümid edirəm ki azarkeşlər hər oyuna gələrək, bizə dəstək olacaqlar. Onların dəstəyi komandaya əlavə güc verir. İnanıram ki, onları yaxşı oyun və nəticələrlə mükafatlandıracağıq”.

Akinade Qəbələnin havasına uyğunlaşdığını bildirib: 

“Mən İrlandiyada, Dublində böyümüşəm. Qəbələ və İrlandiyada hava demək olar ki, eynidir. Bu havaya öyrəşmişəm. Yağış, soyuq – bəlkə də darıxdırıcı görünür, ancaq bu cür hava da normaldır”.

Son xəbərlər
Bruno Fernandes Ueyn Runinin rekordunu təkrarladı
“Qarabağ”dan iki qələbə
999 gündən sonra
“Yuventus” keçmiş oyunçusunu geri qaytarmaq istəyir
“Sabah”dan 20-ci böyükhesablı qələbə
“Birinci görüşdə səhvlərimiz həlledici oldu”
AFFA daha iki komandaya texniki məğlubiyyət verdi
“Çelsi” “Real”ın hücumçusuna maraq göstərir
“Sabah” futbolçusu ilə yollarını ayırdı
“Qarabağ”ın “Liverpul”la oyununu slovakiyalı hakim idarə edəcək
"Turan Tovuz"un futbolçusundan yubiley qolu
“Real”ın müdafiəçisi Bundesliqa klublarının maraq dairəsində
“Qarabağ”ın ev oyunundakı uğursuz seriyası 14 ildən sonra təkrarlandı
Azərbaycan cüdoçuları üçün yeni qaydalarla bağlı seminar
Azərbaycan çempionatları tarixinin rekordu 15 ildən sonra təkrarlandı
“Arsenal” “Atletiko”nun hücumçusunu satın ala bilər
Hüseynovdan Polşada bürünc medal
Günün oyunları – TV
“Flamenqo” məzununu geri qaytarmaqda israrlıdır
Bernardo Silva “Barselona”ya ismarış ünvanladı
“Tottenhem” “Liverpul”la ortaq məxrəc əldə edə bilməyib
Xabi Alonsonun “Livepul”u çalışdıraca biləcəyinə ehtimal artır
MS “Real”ın müdafiəçisi ilə bağlı danışıqlara başladı
La Liqada meydan sahiblərinin günü
“Nitsa” və “Strasburq”dan darmadağın
“Yuventus” “Napoli”yə darmadağınla qalib gəldi
“Fənərbağça” evdə xal itirdi
“Ştutqart” və “Frayburq”dan qələbə
“Mançester Yunayted” “Arsenal”a da qalib gəldi
Nani “Aktobe”də
DAHA ÇOX

Ən çox oxunanlar