Azərbaycan futbolu
Azərbaycanlı futbolçu Rusiyada klubunu dəyişdi

13.01.2026 | 17:20
Rusiyanın "Torpedo" klubu azərbaycanlı futbolçus Sadiq Baqiyevin transferini açıqlayıb.
Sports.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Moskva təmsilçisi U-19 millimizin sabiq üzvü ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalayıb.
22 yaşlı yarımmüdafiəçi 1-ci divizion təmsilçisində 66 nömrəli formada çıxış edəcək.
Sadiq Baqiyev karyerası ərzində “Kuban-Holdinq”, “Spartak”(Tambov), “SKA-Xabarovsk” klublarında oynayıb.
Son xəbərlər





























