Dünya futbolu
“Barselona”nın qələbə seriyası qırıldı

19.01.2026 | 12:20
İspaniyanın "Barselona" futbol komandasının ikinci ən uzun qələbə seriyası başa çatıb.
Sports.az xəbər verir ki, bu, La Liqanın 20-ci turunda Kataloniya təmsilçisinin "Real Sosyedad"a uduzması (1:2) ilə gerçəkləşib.
Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv əvvəlki 11 oyunda qalib gəlmişdi. Bu isə klub tarixində ikinci ən uzun qələbə seriyası idi.
"Barselona"nın rekordu 2005/2006 mövsümündə qeydə alınıb. Son ölkə çempionu həmin vaxt 18 görüşdə (13 La Liqa, 3 Çempionlar Liqası, 2 İspaniya Kuboku) qalib gəlib.
Son xəbərlər





























