Dünya futbolu
“Fənərbağça”nın Kante planı pozula bilər

21.01.2026 | 21:00
“Fənərbağça” Səudiyyə Ərəbistanı “Əl-İttihad”ının 34 yaşlı fransalı dayaq yarımmüdafiəçisi N’Qolo Kanteni hər vəchlə İstanbul klubuna cəlb etməyə çalışır.
Sports.az xəbər verir ki, müvafiq mənzərədə İngiltərə Premyer Liqasının adı açıqlanmayan klubu ötən həftənin istirahət günlərində Kantenin agenti ilə əlaqə yaradaraq, futbolçuya təsir göstərməyə, onu ələ keçirməyə cəhd edib.
Bildirilir ki, hazırda “Fənər” Kante ilə bağlı danışıqların yekun mərhələsindədir. Məsələyə tezliklə ayıdınlıq gələcəyi vurğulanır.
Son xəbərlər





























