“Cüdo məktəblərdə" layihəsinə start verilib

“Cüdo məktəblərdə" layihəsinə start verilib

Azərbaycan Cüdo Federasiyası (ACF) və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) birgə təşkilatçılığı ilə "Cüdo məktəblərdə" layihəsinə start verilib.

Sports.az xəbər verir ki, layihənin açılış mərasimi Bakı şəhəri Nizami rayonu 250 saylı tam orta məktəbdə keçirilib.

Tədbirdə ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, əməkdar məşqçi Tərlan Həsənov, MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin aparıcı məsləhətçisi Vəfa Hüseynzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun mütəxəssisi Sevda Ramazanova çıxış ediblər.

Çıxışlarda layihənin məqsədləri, tətbiq mexanizmi və məktəblilər üçün yaradacağı faydalar vurğulanıb.

Fiziki tərbiyə dərsləri çərçivəsində keçirilən məşğələlərdə IV, V və VI sinif şagirdləri cüdonun əsaslarını öyrənəcəklər.

Dərslər ACF-nin beynəlxalq sertifikatlara malik təcrübəli məşqçiləri tərəfindən aparılır. Məşğələlər zamanı məktəblilərə cüdonun əsas qaydaları, təhlükəsiz yıxılma texnikaları (ukemi), ilkin hərəkət vərdişləri və tərəfdaşla işləmə bacarıqları aşılanacaq. Eyni zamanda yaş xüsusiyyətlərinə uyğun məşqlər və cüdo elementləri ilə zəngin oyunlar vasitəsilə cüdonun əsas dəyərləri - hörmət, intizam və məsuliyyət kimi keyfiyyətlər təşviq olunacaq.

Dərslərin sonunda uşaqlara və valideynlərə yaxınlıqdakı cüdo klubları barədə məlumat veriləcək, sınaq dərslərində iştirak imkanı və sadə qoşulma seçimləri təqdim olunacaq.

Layihənin məqsədi gündəlik həyatda təhlükəsizliyin artırılması (yıxılma və sürüşmələr zamanı yarana biləcək xəsarət riskinin azaldılması), sosial bacarıqların inkişafı, erkən yaşlardan uşaqlarda cüdoya marağın formalaşdırılması və cüdonun kütləviliyinin artırılmasıdır.

Son xəbərlər
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
Ryerson Premyer Liqaya üz tuta bilər
Fiqodan Rodriqoya dəstək
19-cu tura start verilir
Entso Fernandes PSJ-yə keçə bilər
“Samsunspor" "Rayo Velyekano"nu qəbul edəcək
Avropa Liqasının 1/8 final mərhələsi başlayır
17-ci turun son oyunları keçiriləcək
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Premyer Liqanın 24-cü turu rəqəmlərin gözü ilə
Daha 3 güləşçimiz AÇ-də mübarizəyə qoşulur
Fərəcullayevə futbolun inkişafı lazımdır? - Bir "zəfərin" gözləntisində
Günün oyunları – TV
“Real”da Modriçlə Kroos kimi oyunçular çatışmır”
“Milan”ın hücumçusu sıraya qayıtmaq üzrədir
Stanişiç çıxış etdiyi mövqelərlə bağlı təəssüratını paylaşdı
“Mbappe “Real”ın digər oyunçularından heç də vacib deyil”
Kompanidən Olise açıqlaması
Valverde “Real”dakı rolundan söhbət açdı
“Real” Arbeloya “zəhərli konfet” verib”
“Real” “Mançester Siti”ni, PSJ “Çelsi”ni darmadağın etdi
Gültəkinlə Günay Avropa çempionatının finalında
DAHA ÇOX

Ən çox oxunanlar