Dünya futbolu
“Real”ın hücumçusu ÇL-də həftənin futbolçusu seçildi

22.01.2026 | 22:10
İspaniyanın "Real" (Madrid) klubunun futbolçusu Vinisius Junior azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
Sports.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Liqa mərhələsinin 7-ci turunda "Monako" ilə (Fransa) keçirilən görüşdə (6:1) 1 qol vuraraq vuraraq və 3 məhsuldar ötürmə edərək komandasının qələbəsində əsas pay sahibi olub.
Braziliyalı futbolçu səsvermədə Robert Navarro ("Atletik"), Robert Levandovski, Fermin Lopes (hər ikisi "Barselona") və Luis Suarezi ("Sportinq") qabaqlayıb.
Son xəbərlər





























