“Azərbaycan yunan-Roma güləşində dünyada ilk 2-3 ölkədən biridir”

“Azərbaycan yunan-Roma güləşində dünyada ilk 2-3 ölkədən biridir”

Yunan-Roma güləşi üzrə milli komandanın Göygöl toplanışı davam edir.

Sports.az xəbərr verir ki, yanvarın 14-də startı verilən hazırlıq prosesində daha çox fiziki məşqlərə üstünlük verilir. 

Baş məşqçi Məhəmməd Bəna toplanışın gedişi, qarşıdakı yarışlar və planlarla bağlı açıqlama verib:

“Biz toplanışlarımıza başladıq. İlk mərhələ tanışlıq, sonra isə planlaşdırmadır. Aprelin 20-də keçiriləcək Avropa çempionatına qədər olan dövr bizim hazırlığımızın birinci mərhələsidir və bu aralıqda müxtəlif yarışlar var. Albaniyadakı reytinq turniri, U23 Avropa çempionatı və nəhayət, aprelin 20-də başlayacaq böyüklər arası Avropa çempionatı. Bu müddət ərzində 5-6 təlim-məşq toplanışı keçməyi planlaşdırırıq. Ondan sonra da müxtəlif yarışlar və toplanışlar davam edəcək. Allahın köməkliyi ilə dünya çempionatına qədər ən yüksək formaya çatarıq.

İndi işin başlanğıcıdır və bu, daha çox məşqçilər heyəti ilə güləşçilərin bir-birini tanıması üçündür. Nəticə etibarilə məşq prosesimiz hazırlıq səviyyəsinin günbəgün artmasına yönəlib ki, inşallah, müxtəlif yarışlara tam hazır olaq.

Azərbaycan yunan-Roma güləşində dünyada ilk 2-3 ölkədən biridir. Bu komandanın baş məşqçisi vəzifəsini qəbul etmək mənim üçün bir fəxrdir. Mən uzun illərdir Azərbaycan güləşini tanıyıram. Azərbaycanlı idmançılar hər zaman yüksək texniki keyfiyyətə malik olublar, lakin bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir.

Fiziki və texniki hazırlıq yaxşıdır, amma bəzi incə detallar var. Psixoloji hazırlığı da əlavə etsək, bu 3 hazırlıq möhkəm bir zəncir təşkil etməlidir ki, məşqçilər heyəti, federasiya rəhbərliyi və güləşçilər bir komanda kimi müxtəlif yarışlarda uğur qazansınlar.

İştirak edəcəyimiz ilk yarış Albaniyadakı reytinq turniridir. İnşallah, orada ölkə çempionatında iştirak edənlərdən təxminən 20-dən çox güləşçi mübarizə aparacaq. Daha sonra il ərzində digər yarışlarda iştirak edəcəyik.

Bu il üçün hədəflərimizi iki mərhələyə bölmüşük. Hazırda tanışlıq və hazırlıqdan başlayırıq. Avropa çempionatı bizim üçün hazırlığın nisbətən aşağı pik nöqtəsi olacaq. İnşallah, dünya çempionatında isə əsas pik formaya çatacağıq ki, hamımız birlikdə Azərbaycan güləşi üçün böyük uğurlar qazanaq”.

Son xəbərlər
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
Ryerson Premyer Liqaya üz tuta bilər
Fiqodan Rodriqoya dəstək
19-cu tura start verilir
Entso Fernandes PSJ-yə keçə bilər
“Samsunspor" "Rayo Velyekano"nu qəbul edəcək
Avropa Liqasının 1/8 final mərhələsi başlayır
17-ci turun son oyunları keçiriləcək
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Premyer Liqanın 24-cü turu rəqəmlərin gözü ilə
Daha 3 güləşçimiz AÇ-də mübarizəyə qoşulur
Fərəcullayevə futbolun inkişafı lazımdır? - Bir "zəfərin" gözləntisində
Günün oyunları – TV
“Real”da Modriçlə Kroos kimi oyunçular çatışmır”
“Milan”ın hücumçusu sıraya qayıtmaq üzrədir
Stanişiç çıxış etdiyi mövqelərlə bağlı təəssüratını paylaşdı
“Mbappe “Real”ın digər oyunçularından heç də vacib deyil”
Kompanidən Olise açıqlaması
Valverde “Real”dakı rolundan söhbət açdı
“Real” Arbeloya “zəhərli konfet” verib”
“Real” “Mançester Siti”ni, PSJ “Çelsi”ni darmadağın etdi
Gültəkinlə Günay Avropa çempionatının finalında
DAHA ÇOX

Ən çox oxunanlar