Azərbaycan çempionatına yekun vuruldu

Azərbaycan çempionatına yekun vuruldu

Kişi və qadın boksçular arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

Sports.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 33 komandanın 166 idmançısı qüvvəsini sınayıb.

7 gün davam edən turnirin son günündə kişilər arasında 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Final görüşlərini gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev, Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov, Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov və digər federasiyaların rəsmiləri də izləyiblər.

Döyüşlərdən öncə Azərbaycan boksçularının 2025-ci il ərzində qatıldığı beynəlxalq turnirlər və qazandığı uğurlarla bağlı videorolik nümayiş etdirilib. Ardınca gənclər və idman naziri Fərid Qayıbov boks üzrə milli komandalarımızın beynəlxalq yarışlarda inamlı çıxışını, Sübhan Mamedovun 19 yaşında dünya çempionu olmasını yüksək qiymətləndirib. O, Azərbaycan çempionatının yüksək səviyyədə təşkilini, finallarda gənclərin üstünlük təşkil etdiyini və bunun sevindirici olduğunu xüsusi vurğulayıb.

Daha sonra Azərbaycanın ən güclü boksçuları müəyyənləşib. Rəsmi qonaqlar 50 kq və 55 kq çəki dərəcəsində ilk 3 yerin sahiblərini mükafatlandırıblar.

Həlledici döyüşlərdə qalib gələn Bilalhəbaşi Nəzərov, Nicat Hüseynov, Məhəmmədəli Aşırəliyev, Maqsud Xasmetov, Nəbi İsgəndərov, Abbasqulu Şadlinski, Murad Allahverdiyev, Ramal Həsənli, Rauf Rəhimov və Batraz Mildzoxov çempion tituluna sahib olublar.

Turnirin komanda hesabında “Neftçi” İdman Klubu 6 qızıl, 2 gümüş və 5 bürünc medalla birinci yeri tutub. İkinci pilləyə “Dəmir Yumruq” Boks İdman Klubu (2-1-2) yiyələndiyi halda, “üçlüy”ü MOİK (1-1-5) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Məhəmmədəli Aşurəliyev layiq görülüb. Qalib Əbiyev ən yaxşı rinq, Elxan Quliyev ən yaxşı yan hakim seçilib.

Qeyd edək ki, qadın boksçuların mübarizəsinə 1 gün öncə yekun vurulub. Lalə Mədətova (48 kq), Cəmilə Sultanlı (51 kq), Emili Rzayeva (60 kq) və Fatimə Mehdiyeva (65 kq) çempion tituluna yiyələniblər.

Azərbaycan çempionatı

28 yanvar

Kişilər

Final

50 kq

Bilalhəbaşi Nəzərov (“Dəmir Yumruq” BİK) – Ucal Musayev (Naxçıvan MR) – 5:0

55 kq

Nicat Hüseynov (“Neftçi” İK) – Amin Məmmədzadə (“Qızıl əlcək” İK) – 5:0

60 kq

Məhəmmədəli Aşırəliyev (“Neftçi” İK) – Məhəmmədəli Qasımzadə (“Dəmir Yumruq” BİK) – 5:0

65 kq

Maqsud Xasmetov (“Abşeron” İK) – Malik Həsənov (“Neftçi” İK) – 4:1

70 kq

Sərxan Əliyev (“Neftçi” İK) – Nəbi İsgəndərov (“Neftçi” İK) – 0:5

75 kq

Abbasqulu Şadlinski (“Dəmir Yumruq” BİK) – Rasim Çobanlı (DİN İC) – ikinci zədələndiyi üçün birinci qalib elan olunub

80 kq

Murad Allahverdiyev (“Neftçi” İK) – Həsən Osmanlı (“Qızıl əlcək” İK) – 5:0

85 kq

Ruslan Qəhrəmanov (DİN İC) – Ramal Həsənli (MOİK) – 0:5

90 kq

Sürət Qarayev (“Səbail” İK) – Rauf Rəhimov (“Neftçi” İK) – 0:5

+90 kq

Batraz Mildzoxov (ABF) – Səbuhi Əlizadə (Gəncə) – birinci tam üstünlüklə qalib gəlib

Bütün mükafatçılar

50 kq

1. Bilalhəbaşi Nəzərov (“Dəmir Yumruq” BİK)

2. Ucal Musayev (Naxçıvan MR)

3. Yusif Soltanov (“Neftçi” İK)

3. Kənan Babayev (MOİK)

55 kq

1. Nicat Hüseynov (“Neftçi” İK)

2. Amin Məmmədzadə (“Qızıl əlcək” İK)

3. Zidan Hünbətov (“Dəmir Yumruq” BİK)

3. Zəlimxan Süleymanov (MOİK)

60 kq

1. Məhəmmədəli Aşırəliyev (“Neftçi” İK)

2. Məhəmmədəli Qasımzadə (“Dəmir Yumruq” BİK)

3. Tağı Nəsibov (“Neftçi” İK)

3. Tayfur Əliyev (“Neftçi” İK)

65 kq

1. Maqsud Xasmetov (“Abşeron” İK)

2. Malik Həsənov (“Neftçi” İK)

3. Əli Abdullayev (“Zabit Səmədov” DM)

3. Cəlal Qurbanov (MOİK)

70 kq

1. Nəbi İsgəndərov (“Neftçi” İK)

2. Sərxan Əliyev (“Neftçi” İK)

3. Nicat Alırzayev (“Dəmir Yumruq” BİK)

3. Vüqar Məmmədov (DİN İC)

75 kq

1. Abbasqulu Şadlinski (“Dəmir Yumruq” BİK)

2. Rasim Çobanlı (DİN İC)

3. Nurlan Məlikov (Sumqayıt)

3. Novruzəli Quliyev (MOİK)

80 kq

1. Murad Allahverdiyev (“Neftçi” İK)

2. Həsən Osmanlı (“Qızıl əlcək” İK)

3. Ayxan Həsənov (FHN İK)

3. Fəqan Məmmədov (MOİK)

85 kq

1. Ramal Həsənli (MOİK)

2. Ruslan Qəhrəmanov (DİN İC)

3. Seyfəli Yusifzadə (KNOUT)

3. İbrahim İsmayılov (Z-1 İK)

90 kq

1. Rauf Rəhimov (“Neftçi” İK)

2. Sürət Qarayev (“Səbail” İK)

3. Bayram Əhədov (“Neftçi” İK)

3. Hüseyn Hüseynli (AHİTA)

+90 kq

1. Batraz Mildzoxov (ABF)

2. Səbuhi Əlizadə (Gəncə)

3. Kənan Nəcəfov (Z-1 İK)

3. Mirxəyal Məmmədov (Gəncə)

Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar