Digər
“Lənkəran” “Ordu”ya, NTD “Gəncə”yə qarşı

29.01.2026 | 11:40
Azərbaycan Basketbol Liqasında bu gün iki oyun keçiriləcək.
Sports.az xəbər verir ki, 15-ci tur çərçivəsində bir qarşılaşma baş tutacaq.
"Lənkəran" evdə "Ordu"nu qəbul edəcək. Matç Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da start götürəcək.
"Ordu" hazırda B qrupunda 27 xalla liderdir. 18 xala malik "Lənkəran" sonuncu - 6-cı pillədə qərarlaşıb.
11-ci turdan təxirə salınmış matçda isə NTD "Gəncə" ilə qarşılaşacaq. Bu oyun saat 20:00-da Bakı İdman Sarayında start götürəcək. "Gəncə" A qrupunda 18 xalla dördüncüdür. Sonuncu - 6-cı yerdə olan NTD-nin 15 xalı var.
15-ci tura fevralın 1-də yekun vurulacaq.
Son xəbərlər





























