“Karyeramın ən həyəcanlı və qürurverici yarışıydı”

“Karyeramın ən həyəcanlı və qürurverici yarışıydı”

Avropa çempionatının final mərhələsinə təyinat alan ilk azərbaycanlı hakim kimi tarixə düşən FİFA referisi Hikmət Qafarlı 3 görüşdə iş başında alıb.

Sports.az xəbər verir ki, artıq vətənə dönən referi qitə birinciliyi ilə bağlı təəssüratlarını federasiyanın rəsmi saytı ilə bölüşüb.

- İlk dəfə belə mötəbər yarışa təyinat aldın. Atmosfer necə idi?
- Demək olar, fərqli bir atmosfer idi. Qitənin ən nüfuzlu futzal yarışı, üstəlik 4 ildən bir keçirilir və ilk dəfə Azərbaycan hakimlik məktəbinin üzvü də orada təmsil olunur. Karyeramın indiyə qədər olan hissəsinin ən həyəcanlı və qürurverici yarışıydı. İstər təşkilatçılıq, operativlik, komandaların oyunlara hazırlıq və yanaşması, istərsə də oyunların səviyyəsi, sürət, intizam, taktiki gedişlər və s. tam fərqli idi. Bu cür oyunları idarə edən hakimlər də zövq almaqla yanaşı, daha məsuliyyətli olurlar.

- Final mərhələsində ilk təyinatın Ermənistan – Ukrayna oyununa oldu. Timekeeper kimi olsa da, həmin matçda iş başında olmağın bir həyəcanı var idimi?
- Həyəcan hər zaman olur. Sadəcə, budəfəki həyəcan iştirakçı komandalardan hansısa birinin adı ilə bağlı deyildi. Biz təyinat alan zaman sırf oyun qaydalarını əsas götürür, hakim kimi işimizi görürük. Həyəcan məsuliyyətdən irəli gəlirdi. Amma oyunun start fitindən sonra artıq həyacan yerini oyunun atmosferinə buraxır.

- Baş hakim kimi Ukrayna – Litva görüşünü idarə etdin. Hakim-inspektor idarəçiliyinlə bağlı nə dedi?
- Birinci turdan sonra qrupda vəziyyət gərginləşmişdi. Ukrayna yenilmiş Litva isə heç kimin gözləmədiyi halda Çexiya kimi güclü rəqiblə heç-heçə etmişdi. Bu dueldə Litva futzalçıları qələbə qazansaydı, Ukrayna mübarizəni dayandıracaqdı. Ona görə oyunda gərginlik çox idi. Üstəlik, Litva həm də təşkilatçı ölkələrdən biri idi, doğma meydanda oynayırdı, azarkeşlər arenanı doldurmuşdu. Bu da oyuna əlavə rəng qatırdı. Görüşü yaxşı idarə etdik, ciddi, oyunun nəticəsinə, ruhuna təsir edən səhvlərimiz olmadı. Matçdan sonra hakim-inspektor hansısa iradlarının olmadığını və idarəçiliyimizi yüksək balla qiymətləndirdiyini bildirdi.

- Gürcüstan – Fransa matçında isə üçüncü hakim oldun. Oyunun gərginliyini nəzərə alsaq, işin çox idi?
- Həqiqətən də qarşılama gərgin keçdi. Fransa favoritlərdən idi, onlara heç-heçə də sərf edirdi. Gürcüstan isə ilk oyunda Latviyaya yenildiyinə görə mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalı idi. Belə vəziyyətdə texniki zonada yer alan məşqçilər və oyunçular daha çox emosional olur, hər qərara çılğınlıqla reaksiya verirlər. Belədə də üçüncü hakimin işin çətinləşir. Ümumiyyətlə, bu cür turnirə təyinat alan hakimlərdən heç birinin işi az olmur, məsuliyyəti böyük olur. Aldığım qiymətlər göstərdi ki, hər 3 təyinatda hakim kimi üzərimə düşən işlərin öhdəsindən layincə gəlmişəm.

- Bəs qrup mərhələsindən sonrakı oyunlara təyinat almamağın nə ilə bağlıdır?
- Qrup mərhələsi başa çatdıqdan sonra oyunların sayı demək olar, yarıbayrı azalır. Ona görə də UEFA hakimlərin bir hissəsini turnirdən azad etdi. 12 hakim geri göndərildi ki, onların da əksəriyyəti ilk dəfə təyinat alanlar idi. UEFA oyunların gərginliyini və ağırlığını nəzərə alaraq, pley-off mərhələsində daha təcrübəli referilərə təyinat verir. Aralarında elə hakimlər var ki, onlar 3-cü dəfə Avropa çempionatının final mərhələsində iştirak edirlər.   

- Ümumiləşdirsək, Avropa çempionatında hansı yeniliklərlə tanış oldun və təəssüratların necədir?
- Əlbəttə, yüksək və xoş təəssüratlarla qayıtdım. Avropanın ən güclü milli komandalarının və hakimlərinin iştirak etdiyi çempionata qatıldım, oyunlar idarə etdim, yeniliklərlə tanış oldum. Çempionat zamanı ilk dəfə videodəstək sisteminin iş prinsipi ilə tanış oldum, hətta Ukrayna – Litva görüşündə bundan istifadə etdim. Komandaların yüksək futzal bilikləri, göstərdiyi keyfiyyətli görüşlərin şahidi oldum və futzalın nə qədər sevimli idman oyunu olduğuna şahidlik etdim.

Son xəbərlər
Azərbaycan çempionatına yekun vuruldu
“Kəpəz” “Turan Tovuz”a qarşı - YENİLƏNİR
Yığmamız FIBA Çempionlar Kubokunda ikinci oldu
Konte bir şərtlə “Napoli”də qala bilər
Stolüstü tennisçilərdən Avrasiya Liqasında uğurlu debüt
Çin qran-prisinin qalibi müəyyənləşdi
PSJ-nin Luis Enrikeyə təklifi məlum oldu
Millimiz FIBA Çempionlar Kubokunun finalında
19-cu tur bu gün başa çatacaq
“Napoli” “Boka Xuniors”un hücumçusu ilə maraqlanır
AÇ-nin son günündə 4 güləşçimiz mübarizə aparacaq
“Milan” müdafiəçisi ilə müqaviləsini yeniləyəcək
Dida Avropanın ən yaxşı qapıçısı ilə bağlı qənaətini açıqladı
Şevçenko keçmiş klubuna baş çəkdi
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləyəcək
Bəhreyn və Səudiyyə Ərəbistanı qran-prisi ləğv edildi
Matiç İtaliya futbolu haqda qənaətini açıqladı
Arbeloa “Real”ın oyunçusu olmaq üçün gərəkli şərti açıqladı
Millimizin üzvü oynadı, komandası uduzdu
Günün oyunları – TV
Qoretskanın əməkhaqqı tələbi məlum oldu
Millimiz gənclər arasında Çempionlar Liqasında iştirak edəcək
PSJ baş məşqçisi ilə bağlı qərar qəbul etdi
Arbeloa “Real”dakı işini şərh etdi
“Kəpəz” “Turan Tovuz”a, “Qəbələ” “Neftçi”yə qarşı
“Real” darmadağına sevindi
“Lans” uduzdu, “Monako” qalib gəldi
“Arsenal”dan inamlı qələbə
“İnter” evdə xal itirdi
Avropa çempionatında daha 2 medal
DAHA ÇOX

Ən çox oxunanlar