Dünya futbolu
“Liverpul”un müdafiəçisi İtaliya A Seriyasına üz tuta bilər

22.02.2026 | 17:00
“Liverpul”un ingiltərəli mərkəz müdafiəçisi Co Qomes karyerasını yayda İtaliya A Seriyasında davam etdirə bilər.
Sports.az xəbər verir ki, Qomesin xidmətində “Milan” maraqlıdır.
Xatırladaq ki, “rossoneri” hələ cari ilin qış transfer pəncərəsində Qomesi əldə etmək istəyirdi, amma “qırmızılar” müdafiəçi ilə mövsümün ortasında ayrılmaqdan imtia etmişdilər.
Son xəbərlər





























